Icma.az
close
up
RU
Ağdaşda 28 yaşlı oğlan arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Ağdaşda 28 yaşlı oğlan arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdaş rayonunda 1997-ci il təvəllüdlü Ərəstun ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fəridəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-
ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib. 
Ərəstun kənddə yerləşən evinin həyətində şəxsi münasibətlər zəminində arvadı ilə mübahisə edib. 
Daha sonra onların mübahisəsi dava-dalaş ilə nəticələnib. Bu zamanı Ərəstun arvadının baş və sifətinin sol nahiyəsindən əvvəlcə yumruq, sonra isə şillə ilə bir neçə dəfə vurub. 
Hadisəni törədən Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, məlum hadisə günü axşam saatlarında yaşadıqları evin həyətində arvadı Fəridənin uşaqlara qışqıraraq tənbeh etdiyi üçün onunla mübahisəsi yaranıb: 
“Bu zaman əsəbləşərək Fəridəni yumruq vuraraq ona xəsarət yetirdim. Hazırda arvadım ilə barışmışam. Ona dəymiş ziyanı tam ödəmiş və mehriban yaşayırıq. Əməlimdən peşman olmuşam. Bir daha belə hallara yol verməyəcəm”.
İş üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, Ərəstun ilə 2017-ci ildə ailə qurub, birgə nikahlarından iki azyaşlı övladları var: 
“Uşaqlarımın tərbiyəsi ilə bağlı ərim ilə mübahisəmiz yarandı. Həmin vaxt ərim mənim sifət nahiyyəmdən yumruq və şillə vurdu. Nəticədə xəsarət aldım”.
Bu cinayət işinə Ağdaş Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Ərəstun 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə təyin edilmiş cəza müddəti ərzində Ağdaş rayonunun ərazisi hüdudlarını tərk etməsi qadağan edilib. Bu müddətdə ona gün ərzində saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməməsi tapşırılıb. 
Bundan əlavə onun üzərinə cəzaçəkmə müddətində elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin  dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri