Icma.az
close
up
RU
Daşkəsəndə 4 nəfər dəm qazından zəhərləndi

Daşkəsəndə 4 nəfər dəm qazından zəhərləndi

Daşkəsəndə  4 nəfər  dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə,  rayonun Alunitdağ qəsəbə sakinləri 1982-ci il təvəllüdlü S.Məmmədova,1989-cu il təvəllüdlü A.Ələsgərova, 2011-ci il təvəllüdlü Z.Orucova və 2018-cı il təvəllüdlü A.Orucova yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Onlar qohumların köməyi ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən şəxslərə xəstəxanada tibbi yardım göstərilib,vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


seeBaxış sayı:19
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri