Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa bu ilin iyul ayında keçirilən danışıqlar zamanı Kiyev rejiminə vəd edilmiş raketlərin tədarükünü sürətləndirmək niyyətindədir. Həmçinin Ukrayna ərazisində Fransa silahlarının istehsalı üçün lisenziyaların verilməsinin sürətləndirilməsi imkanları müzakirə olunacaq.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Fransa tərəfindən bu ilin iyul ayında Ukrayna ilə razılaşdırılmış məsələlərin həyata keçirilməsinin sürətləndirilməsi də müzakirə olundu”, – deyə o bildirib.
E. Makron əlavə edib ki, Paris növbəti raket partiyasının və hərbi avadanlıqların tədarükünü, eləcə də pilotsuz uçuş aparatları və raket hücumundan müdafiə sahəsində aparılan bütün işləri artıq sürətləndirib.
“Yaxın günlərdə lisenziyalaşdırma prosedurunun sürətləndirilməsi və bəzi silah sistemlərimizin Ukrayna ərazisində üçüncü tərəflər tərəfindən daha tez istehsalına icazələrin alınması, həmçinin yeni layihələr üzərində birgə işləməyə hazırlıq məsələlərinə həsr olunmuş görüşlər də keçiriləcək”, – deyə o bildirib. /Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 16 Oktyabr 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















