Icma.az
close
up
RU
Daşkəsəndə Xocalıya həsr olunmuş tədbir keçirilib FOTOLAR

Daşkəsəndə Xocalıya həsr olunmuş tədbir keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Fevralın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında keçirilmiş Xocalı soyqırımının 34-cü ildönümnə həsr olunan toplantıda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, həmçinin rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, 15 oktyabr 2023-cü il tarixində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xocalıda

Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi ədalətin təntənəsi oldu. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfərin sevincini və qürurunu yaşayır. Artıq Xocalı soyqırımı günü xalqımızın birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilmişdir. 

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə çıxışında vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir və bu faciənin unudulmaması, gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. O qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, Xocalı da daxil olmaqla işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılmışdır.
Tədbirdə digər çıxış edənlər də Xocalı soyqırımının beynəlxalq hüquq normalarına zidd törədilmiş ağır cinayət olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Xocalı şəhidlərinin ruhu qarşısında mənəvi borcumuz daim uca tutulacaqdır.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Fevral 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri