Icma.az
close
up
RU
Daşkəsəndə Ümummilli Liderin 103 cü ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR

Daşkəsəndə Ümummilli Liderin 103 cü ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ümumrayon toplantısı keçirilib, Ulu Öndərin sevimli mahnı və musiqilərindən ibarət konsert proqramı təşkil olunub

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, çoxsaylı YAP fəalları, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzülərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib. Eyni zamanda Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ziyarət olunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara, həmçinin kitab sərgisinə, yeniyetmə və gənclərin əl işlərinə  baxış keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətində davam edən ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Ümumrayon toplantısını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov açaraq Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib. İcra başçısı Orxan Abbasov məruzəsində Ümummilli Liderin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən, ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən bəhs edib. Ulu Öndərin alternativi olmayan düşünülmüş daxili və xarici siyasətinin onun layiqli siyasi varisi  Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və həmin siyasi kursun Azərbaycanın sabitliyinin, inkişafının və beynəlxalq nüfuzunun daha da güclənməsinin əsas təminatı olduğunu vurğulayıb. 
Millət vəkili Kamran Bayramov çıxışında bildirib ki, məhz Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində ölkəmizin müstəqilliyi qorunub saxlanılmış, sözün əsl mənasında iqtisadi və siyasi sabitlik təmin olunmuşdur.

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva isə diqqətə çatdırıb ki, Ulu Öndərin təhsilə göstərdiyi xüsusi qayğı nəticəsində ölkəmizdə savadlı, vətənpərvər gənc nəslin formalaşması üçün möhkəm zəmin yaranmışdır. Bu gün Azərbaycan gəncliyi həmin işıqlı ideyalar əsasında yetişərək dövlətimizin gələcək inkişafında fəal rol oynayır.

Sonra Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin “Mədəniyyət və incəsənət” şöbəsinin bədii rəhbəri Anar Əsgərov olan Qəmbər Hüseynli adına İnstrumental Ansamblın Ulu Öndər Heydər Əliyevin sevimli mahnı və musiqilərindən ibarət konsert proqramı təqdim olunub. İncəsənət kollektivinin ifasında musiqi nömrələri alqışlarla qarşılanıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 May 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri