Icma.az
close
up
RU
Daşları yerindən oynadacaq həmlə: dolları nə gözləyir? İqtisadçı açıqladı

Daşları yerindən oynadacaq həmlə: dolları nə gözləyir? İqtisadçı açıqladı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin TVNET kanalı qlobal valyuta sistemi ilə bağlı maraqlı iddia ilə çıxış edib. Bildirilir ki, İkinci Dünya müharibəsindən sonra formalaşan qlobal maliyyə sistemi ABŞ dollarını dünyanın mərkəzinə yerləşdirib. Bu amil ABŞ-a qlobal ticarətdə söz sahibi olmaq, həmçinin maliyyə sanksiyaları vasitəsilə beynəlxalq siyasətə təsir göstərmək imkanı verib. Lakin uzun müddət ABŞ dollarının kölgəsində qalan Çin artıq dolların hegemonluğuna qarşı daha açıq və iddialı şəkildə meydan oxumağa hazırlaşır.

Əslində, dünya iqtisadiyyatı düşünüldüyü qədər mürəkkəb olmaya bilər. Bəzi mütəxəssislərin fikrincə, mövcud sistem olduqca sadə bir əsas üzərində qurulub. Neft ticarətindən beynəlxalq borclanmaya, dövlət ehtiyatlarından qlobal investisiyalara qədər maliyyə sisteminin böyük hissəsi ABŞ dollarına əsaslanır. Bu isə ABŞ-a təkcə iqtisadi deyil, eyni zamanda siyasi və geosiyasi üstünlük qazandırır. Çin isə uzun müddətdir bu nizamı dəyişmək niyyətindədir. Pekin rəhbərliyi yuanın qlobal maliyyə sistemində daha böyük rol oynaması üçün yeni strategiya açıqlayıb.

Çin yuanı ABŞ dollarının yerini tuta bilərmi?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, yuanın dolların yerini tam şəkildə tutması yaxın və orta perspektivdə real görünmür:

“Dolların üstünlüyü təkcə ABŞ iqtisadiyyatının böyüklüyü ilə bağlı deyil. Bu üstünlük onilliklər ərzində formalaşmış maliyyə institutları, dərin və şəffaf kapital bazarları, hüquqi etibar, sərbəst kapital axını, siyasi sabitlik kimi amillərə söykənir. Dollar həm ehtiyat valyuta, həm də beynəlxalq ticarət və borclanma üçün əsas alət olaraq qlobal sistemin mərkəzində dayanır. Çin son illər yuanın beynəlxalq rolunu artırmaq üçün ciddi addımlar atır. İkitərəfli ticarətdə milli valyutadan istifadəni genişləndirir, bəzi ölkələrlə dolları kənarda qoyan hesablaşma mexanizmləri yaradır, rəqəmsal yuan kimi yeni alətləri sınaqdan keçirir. Bu proseslər yuanın regional və funksional əhəmiyyətini artıra bilər. Xüsusilə Pekinlə sıx ticarət əlaqələri olan ölkələr üçün yuan daha cəlbedici valyutaya çevrilə bilər. Amma əsas məhdudiyyətlər qalmaqdadır. Çünki yuan tam sərbəst valyuta deyil, kapital hərəkətləri dövlət nəzarəti altındadır”.

Akif Nəsirli

İqtisadçı bildirib ki, Çin maliyyə bazarları hələ də qlobal investorlar üçün dollar bazarları qədər açıq, dərin və proqnozlaşdırılan deyil:

“Bundan əlavə, beynəlxalq maliyyə sistemində etibar məsələsi çox önəmlidir və bu etibar uzun müddət ərzində formalaşır. Siyasi müdaxilə riski və məlumatların şəffaflığı ilə bağlı suallar yuanın qlobal ehtiyat valyutaya çevrilməsini çətinləşdirir. Daha real ssenari dolların tam hegemonluğunun zəifləməsi və daha çox qütblü valyuta sisteminin formalaşmasıdır. Yəni dollar əsas mövqeyini qorusa da, yuan, avro və digər valyutalar müəyyən sahələrdə daha böyük rol oynaya bilər. Bu, dünya iqtisadiyyatında rəqabəti və alternativləri artıracaq, amma köklü, ani bir dəyişiklikdən çox, tədrici bir transformasiya olacaq.

Nəticə etibarilə, Çin yuanı dolları əvəz etməkdən çox, onun dominant mövqeyini paylaşmağa namizəddir. Dünya iqtisadiyyatı da bir “dolların sonu”ndan deyil, daha mürəkkəb və çoxmərkəzli maliyyə nizamından danışmağa doğru gedir”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see351

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see292

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see287

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see283

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see274

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see260

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see254

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see242

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see234

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see227

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see207

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see206

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see206

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see200

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see199

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see197

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see193

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see183

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri