Icma.az
close
up
RU
Türkiyədə daşları yerindən oynadacaq qərar 100 illik qadağa ləğv edilir

Türkiyədə daşları yerindən oynadacaq qərar 100 illik qadağa ləğv edilir

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Roma Papası XIV Leo (Robert Fransis Prevo) Türkiyəyə səfər edəcək. Papanın məqsədi Birinci İznik Şurasının 1700 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etməkdir. Diqqətçəkən məqam isə mərhum Papa Fransiskin ölümündən əvvəl xələfinin sözügedən tədbirə getməsini vəsiyyət etməsidir.

Papa XIV Leonun Türkiyəyə səfəri dini, tarixi və diplomatik baxımdan olduqca əhəmiyyətlidir. Burada bir ilkə şahidlik edə bilərik. Belə ki, indiyə qədər heç bir Roma Papası İznik Şurasının tədbirlərinə qatılmayıb. Qeyd edək ki, bu şuranın ilk iclası eramızın 325-ci ilində keçirilib və xristianlıq tarixində ilk ümumdünya konsili hesab olunur. Bu iclasın digər önəmi də xristianlığın ilk doktrinalarının formalaşmasında mühüm rol oynamasıdır.

İznik Konsilləri tarixdə çox əhəmiyyətli olsa da, bu toplantılar Roma Papalarının deyil, əsasən Bizans imperatorlarının himayəsi altında keçirilmiş ümumdünya xristian şuraları idi. Roma papaları o dövrdə bu şuralara qatılmır, nümayəndələr (legat) göndərirdilər. Məsələn, Birinci İznik Konsilində Roma Papası I Silvestr şəxsən iştirak etməmiş, əvəzində yerinə iki nümayəndə – Vito və Vinsentius – göndərmişdi.

İlk dəfə isə 1920-ci illərdə Roma Papası XI Piusun Türkiyəyə səfər etmək istəyi olub. Ancaq Mustafa Kamal Atatürk başda olmaqla Türkiyə rəhbərliyi bu təklifi qəbul etməyib. Atatürk tərəfindən həyata keçirilən islahatlar və bu islahatların önəmli hissəsi olan dünyəvi dövlət quruculuğuna görə xristian liderinin səfəri, dövlətin dini təsirlərdən uzaq durma prinsipinə zidd hesab edilərək rədd edilib.

1979-cu ildə isə Papa II İohann Pavelin Türkiyəyə səfəri planlaşdırılıb. Lakin həmin dövrdəki siyasi gərginliklər (sağ-sol qarşıdurması) və 20 noyabr 1979-cu ildə Cüheyman əl-Uteybi adlı radikal ideoloqun başçılıq etdiyi təxminən 500 silahlı şəxsin Kəbə basqınını həyata keçirməsi ilə əlaqədar bu səfər təxirə salınıb.

Son olaraq, 2006-cı ildə Papa XVI Benediktin Türkiyəyə səfəri baş tutdu. Bu səfər, xüsusən də onun İslam haqqında açıqlamaları Türkiyədə geniş etirazlara səbəb oldu. Buna baxmayaraq, Papa İstanbulda Yunan Ortodoks Patriarxı I Bartolomeos ilə görüşərək, iki kilsə arasındakı əlaqələri müzakirə etdi.

Yəni göründüyü kimi, Roma Papalarının Türkiyəyə səfəri ya baş tutmayıb, ya da baş tutsa da, İznikə səfərlərinə icazə verilməyib. Əsas səbəblər isə bunlardır:

Birincisi, İznik (Nikaea) tarixən Bizans dövrünün dini və siyasi mərkəzlərindən olub. Bu şəhər xristianlar üçün çox vacibdir. Hətta buranı xristianların ikinci qütbü kimi görənlər də var.

İkincisi, İznikdə keçiriləcək tədbir həm də dini ziyarət mahiyyəti daşıyır. Nəzərə alsaq ki, bu günə qədər heç bir Roma Papası İznik Şurasının tədbirində iştirak etməyib, deməli, bu səfər baş tutsa, gələcəkdə şəhərin xristianlar üçün əhəmiyyəti daha da arta bilər.

Roma Papasının İznikə səfəri təkcə dini yox, həm də kilsələrarası və siyasi baxımdan böyük simvolik məna daşıyacaq.

Məsələ ondadır ki, Roma Papası XIV Leonun ABŞ Prezidenti Donald Trampın istəyi ilə papa seçildiyinə dair ciddi iddialar var. Digər tərəfdən, ABŞ–Rusiya və Tramp–Putin formatında baş verən son siyasi dialoqlar, dünya güclərinin geosiyasi bölgülər qarşısında xristian birliyini bərpa etmək istəyi kimi də şərh edilə bilər. Bu kontekstdə katolik və pravoslav kilsələrinin birləşməsi məsələsi yenidən müzakirə masasına gələ bilər.

İndi əsas sual budur: Roma Papasının Birinci İznik Şurasının 1700 illiyinə həsr olunmuş tədbirdə iştirakı baş tutacaqmı? Bir neçə il əvvəl bu suala birmənalı “yox” cavabı vermək olardı. Lakin Türkiyədə çox “olmayacaq” deyilən şeylər gerçəkləşib. Abdullah Öcalanla gedən danışıqlar, PKK-nın özünü buraxması və s. buna misal göstərmək olar. Yəni Roma Papasının Türkiyədə Birinci İznik Şurasının tədbirinə qatılıb-qatılmayacağı haqda konkret nəsə demək çətindir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri