Icma.az
close
up
RU
“Daşnaksütyun” rus planı ilə hərəkətə keçdi Putinin hədəfi açıqlandı

“Daşnaksütyun” rus planı ilə hərəkətə keçdi Putinin hədəfi açıqlandı

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Daşnaksütyun” Partiyası (terror təşkilatı – red.) Rusiyanın diktəsi ilə hərəkət edir və Ermənistanda hakimiyyət dəyişikliyi məsələsini oradan gələn tapşırıqlar əsasında gündəmə çıxarır.

Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib.

Onun sözlərinə görə, “Daşnaksütyun” bu məqsədlə rusiyapərəst qüvvələri Ermənistan hakimiyyətinə qarşı birləşdirməyə çalışır:

“İllərdir hər gün hakimiyyət dəyişikliyindən danışırlar, deyirlər ki, cəmi bir gün, yarım saat qalıb... Normaldır, çünki Rusiyanın planlarına ölkədə daxili siyasi vəziyyəti gərginləşdirmək daxildir. Düzdür, hazırda Rusiyanın burada hakimiyyət dəyişikliyi ilə bağlı heç bir qərarı yoxdur, amma bu o demək deyil ki, Moskva hökumət əleyhinə əhval-ruhiyyə yarada bilməz. İndi Putin Ermənistanda rusiyapərəst qüvvələri hakimiyyətdə görmək istərdi, amma o insanların legitimliyi yoxdur”, - ekspert qeyd edib.

Dallakyanın fikrincə, legitimlikdən əlavə, “Daşnaksütyun” özünü çoxdan gözdən salıb, heç bir dayağı yoxdur:

“Ona görə də hakimiyyət dəyişikliyi ilə bağlı bəyanatlar verməzdən əvvəl sıralarını təmizləməli, keçmiş prezidentlərdən (Robert Köçəryan və Serj Sərkisyan) yaxa qurtarmalıdır. Paşinyanı tənqid etməkdənsə, Köçəryanı da tənqid etsinlər, ölkəni necə qarət etmələrindən, ordunu necə pis günə qoymalarından, oğurluqla sahib olduqları milyardlarla dollarlıq sərvətlərindən danışsınlar”.

Politoloq sabiq prezidentlər arasındakı gərginlik və fikir ayrılıqlarına da diqqət çəkib:

“Köçəryan üçün Sərkisyan, Sərkisyan üçün isə Köçəryan qırmızı xətdir, çünki aralarında ciddi fikir ayrılıqları var. Bu aydındır. Üstəlik, bir-birlərini müxalifəti gözdən salmaqda ittiham edirlər”.

Xatırladaq ki, bundan əvvəl “Daşnaksütyun” terror təşkilatının “siyasi büro”sunun üzvü, deputat Armen Rüstəmyan bu qurumun hakimiyyət dəyişikliyini həyata keçirməyə hazır olan bütün qüvvələrlə əməkdaşlığa hazır olduğunu açıqlamışdı. Əlavə edək ki, Rüstəmyan həm də rəhbəri Köçəryan olan “Ermənistan” blokunun parlament fraksiyasının üzvüdür. /teleqraf.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri