Icma.az
close
up
RU
“Daşnaksütyun”un yeni hoqqası

“Daşnaksütyun”un yeni hoqqası

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Məşəl yürüşü” adı altında təxribatlar törədən qüvvəyə haylar bir daha “yox!” dedilər

Ermənistanda 20 il (1998–2018-ci illərdə) hakimiyyətdə olmuş, yenidən iqtidara gəlməyə can atan “Qarabağ klanı” adlandırılan radikal revanşist kəsim yenidən fəallaşmağa cəhd edir. Suda boğulan saman çöpündən yapışdığı kimi, revanşistlər “bəlkə də qaytardılar” eşqi ilə istənilən hadisədən cəmiyyətdə qarışıqlıq salmaq, qarşıdurma yaratmaq, son nəticədə hakimiyyətə qayıtmaq üçün yararlanmağa çalışırlar.

Belə hadisələrdən biri qondarma “erməni soyqırımı”nın 110-cu ildönümü ərəfəsində – aprelin 23-də təşkil edilən “məşəl yürüşü” adlanan tədbir olub. Bu barədə “Daşnaksütyun” erməni inqilabi federasiyasının ali orqanının ictimaiyyətlə əlaqələr ofisinin yaydığı məlumatda bildirilib. Daşnaklar Ermənistanda yaşayan bütün erməniləri “inkarlara qarşı mübarizə və ayrılmaz hüquqlar” naminə qondarma olayların 110-cu ildönümü ərəfəsində təşkil edilən ənənəvi yürüşdə iştirak etməyə çağırıblar. ­Axşamüstü İrəvanın “Respublika” meydanından başlanan aksiya Əmiryan küçəsi, Maştos prospekti, Baqramyan prospekti, Kiyevyan küçəsi marşrutu üzrə davam edib. 

Sonra isə iştirakçılar qondarma “soyqırımı” abidəsi olan “Sisernakaberd” memorial kompleksinə gəliblər.

Qeyd etdiyimiz kimi, qondarma olayların ildönümü münasibətilə yürüşün keçirilməsi radikalların qarşıdurma yaratmaq cəhdlərindən biri kimi qiymətləndirilir. Təsadüfi deyil ki, populyar “Baqramyan 26” teleqram kanalı bununla bağlı yayımladığı materiala “Məşəl yürüşü adı altında Koçaryan–daşnak qastrolunun yeni mövsümü başlayır” kimi münasib sərlövhə verib. Qeyd edilib ki, 2022-ci ildə olduğu kimi, bu il də Koçaryan–daşnak seqmenti “məşəl yürüşü” pərdəsi altında küçə etirazları keçirməyi planlaşdırır. Kanalın əldə etdiyi məlumata görə, hətta kifayət qədər iştirakçı olarsa, dövlət qurumlarının binalarına girişin qarşısının alınmasına cəhd ediləcəyi nəzərdə tutulur, bu binaları ələ keçirmək halları da mümkündür.

Bildirilib ki, bu ssenari bizə yaxşı məlumdur, çünki məhz 2022-ci ilin aprelində “məşəl yürüşü”nün keçirilməsi ilə işə salınıb: “Sözsüz ki, daşnaklar üçün icazəli ilə icazəsizi, mənəviyyatla mənəviyyatsızlığı bir-birindən ayıran qırmızı xətlər və sərhədlər yoxdur. Hətta “erməni soyqırımı” qurbanlarının anım mərasimindən hər il daşnaklar və Koçaryan klanının nümayəndələri sırf daxili siyasi məqsədlər üçün istifadə edirlər. Görünür, onlar dövlət əleyhinə hərəkətlərinə görə xaricdən növbəti dəfə “qrant” alıblar, sponsorlarının ümidlərini doğrultmaq üçün onu həyata keçirməyə çalışacaqlar. Bizim yenidən bayraq yandırma səhnələrinin, məzmunsuz açıqlamaların şahidi olacağımız ehtimalı yüksəkdir. Ümumxalq hüznünü daxili siyasi mübarizə alətinə çevirməyə çalışanlar bütün erməni xalqına və diaspora nə qədər zərbə vurduqlarının fərqində belə deyillər. İstər “məşəl yürüşü”ndə, istərsə də “soyqırımı qurbanları”nın anım mərasimlərində rahat iştirak edəcək minlərlə insan bu ucuz daxili siyasi alveri, faciənin dəyərsizləşməsini görüb bu tədbirlərdən imtina edir və ona qatılmır. Koçaryan–Sarkisyan tərəfdarlarını isə təbii ki, bu, narahat etmir. İstənilən halda hüquq-mühafizə orqanlarının missiyası “məşəl yürüşü” zamanı və sonrakı günlərdə daşnakların həyata keçirməyi planlaşdırdıqları bütün növ təxribatların qarşısını operativ şəkildə almaq olmalıdır”.

Bu arada qondarma “soyqırımı” ərəfəsində siyasi qüvvələr bir-birini məlum olaylardan sui-istifadədə, siyasi xal qazanmaq üçün yararlanmaqda ittiham edirlər. Məsələn aprelin 23-də Milli Assambleyada ənənəvi brifinq zamanı hakim “Mülki müqavilə” partiyasından olan deputat Vaaqn Aleksanyan Ermənistanın iki prezidentini “soyqırımı”nın beynəlxalq səviyyədə tanınması uğrunda mübarizə ideyasına xəyanətdə ittiham edib. Aleksanyan Nikol Paşinyan iqtidarının, guya, Osmanlı imperiyasında baş vermiş “erməni soyqırımı” faktından imtina etmək istəməsi ilə bağlı müxalifətin son ittihamlarını şərh edərkən deyib: “2008-2018-ci illərdə hakimiyyətdə olan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ABŞ-ın o dövrdəki vitse-prezidenti Co Baydendən xahiş etmişdi ki, “erməni soyqırımı” məsələsini çox da qabartmasın. Bunu Baydenin özü sonradan erməni icması ilə görüşdə demişdi. Eyni zamanda, “Vikiliks”in məxfiliyini ləğv etdiyi sənədlərə əsasən, məlum olmuşdu ki, ikinci prezident Robert Koçaryan ABŞ senatorlarının birindən “erməni soyqırımı faktını” tanımamağı xahiş etməyə hazır imiş”.

Beləliklə, dünən İrəvan şəhəri Koçaryan–Sarkisyan cütlüyünün və daşnakların yeni hoqqasına şahidlik etdi. Ancaq onun təxribatlarına uyanların sayının azlığı diqqətdən yayınmadı. “Məşəl yürüşü” adı altında təxribatlar törədən qüvvəyə haylar bir daha “yox!” dedilər. Bu qüvvələr bir daha dərk etdilər ki, erməni xalqı onların hansısa ad altında təxribat törətməsinin fərqindədir. Bundan sonra onların yeri tarixin zibilliyidir.

Digər tərəfdən, çox güman ki, daşnaklar bu kontekstdə siyasi hakimiyyətə qayıdış üçün şans görürlər. Başda Koçarayn olmaqla revanşist qüvvələr düşünürlər ki, Rusiya–Ukrayna müharibəsinin bitməsi Cənubi Qafqazda Moskvanın təsir imkanlarını artıracaq. Bu kontekstdə qərbmeyilli Paşinyanın hakimiyyətdən getməsi və rusmeyilli qüvvələrin iqtidara gəlməsi ilə nəticələnəcək. Bu kimi aksiyalarla onlar, əslində, öz sosial bazalarını genişləndirmək istəyirlər. Hərçənd, hamı çox yaxşı bilir ki, Koçaryanın sosial bazası yox səviyyəsindədir. Qarabağ ermənilərini və Ermənistanın bəzi yerli vətəndaşlarını çıxmaq şərtilə əhalinin əksər hissəsi bu qüvvələri dəstəkləmir. Əgər məğlub ölkənin lideri, yəni Paşinyan 2021-ci ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlirsə, bu o deməkdir ki, müxalifətin hamısı birləşsə belə, yerli elektoratın dəstəyini ala bilməz. Bunun bir səbəbi də yerli elektoratın Azərbaycanla yeni müharibədən çəkinməsidir. Onlar İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı Koçaryan–Sarkisyan rejiminin insanları saxta iddialarla ələ aldıqlarını gördülər. Başa düşdülər ki, bu rejim onları aldatmaqla məşğul olub. Anladılar ki, nə Ermənistan ordusu nizami ordudur, nə də Hayastan dövləti suveren və müstəqil dövlətdir. Ordunun və dövlətin mövcudluğuna dair bütün iddialar yalan imiş. Məlum oldu ki, bunların əvəzində parçalanmış, korrupsiyaya uğramış, dövlətçilik ənənəsi olmayan Ermənistan mövcuddur. Bütün bunları isə erməni xalqına əvvəlki siyasi rejimlər “hədiyyə” ediblər.

Zaur MƏMMƏDOV, 
Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri

– Məsələ ondadır ki, 24 aprel qondarma “soyqırımı” günü uzun illərdir erməni diasporunun, kilsəsinin, “Daşnaksütyun” partiyasının və millətçi qüvvələrin hayları ətraflarında daha sıx birləşdirərək maliyyə qaynaqları əldə etmələri, siyasi hakimiyyətə yiyələnmələri üçün bəhanə rolunu oynayır. Ermənilərin saxta “soyqırımı” hadisələri ətrafında birləşərək ianələr verməsi bugünədək həmin qüvvələrin ən böyük gəlir mənbəyi olub. 1988-ci ildən sonra isə bu qüvvələr hayları həm də Qarabağ hərəkatı ətrafında birləşdirməyə nail olmuşdular. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət, əlbəttə, onların maliyyə piramidasının və siyasi hakimiyyətlərinin laxlaması ilə nəticələndi. Biz erməni diasporunun, kilsəsinin, daşnakların əldə etdikləri gəlirlərin statistikasına nəzər yetirsək görərik ki, 2020-ci ildən başlayaraq, bu gəlirlər ilbəil azalır. Əlbəttə, bu kimi “ümumerməni problemi”nin sıradan çıxması, onların tədricən ikinci plana keçməsi diaspora, kilsəyə, daşnaklara və koçaryanlara sərf etrmir. Buna görə onlar bu “problem”in cəmiyyətin yaddaşında qalmasında, insanların qızışdırılmasında, türklərə və azərbaycanlılara qarşı nifrətinin daha da artmasında maraqlıdırlar. Bu olayların yaddaşlardan silinməməsi üçün əllərindən gələni edirlər.

Paşinyan 7 ilə yaxındır ki, hakimiyyətdədir. Onun komandasının üzvləri daşnak təfəkküründən bir qədər uzaqdırlar və Ermənistanın üzləşdiyi xarici və daxili problemlərin həllini başqa cür görürlər. Ancaq son vaxtlar baş verənlər göstərir ki. Paşinyan hakimiyyətinin daxilində də daşnaklara meyil edən qüvvələr var.

Müxalifəti birləşdirən əsas cəhət isə onların azərbaycanlılara və türklərə qarşı apardıqları mübarizədir. 2022-ci ildə “məşəl yürüşü” zamanı baş verənlər – Azərbaycan və Türkiyə bayraqlarının yandırılması hər kəsin yadındır. Yəqin ki, bu dəfə də onlar eyni hərəkətləri etməyə çalışacaq, türklərin və azərbaycanlıların onların düşməni olduğu ilə bağlı şüarlar səsləndirəcək, kin və nifrətlərini nümayiş etdirəcəklər.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqlar başa çatıb. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi davam etməkdədir. Vaxtaşırı iki ölkədən olan xüsusi nümayəndələrin görüşləri keçirilir. Ermənistanın rəsmi şəxsləri və siyasətçiləri müxtəlif tədbirlərdə iştirak etmək üçün Türkiyəyə səfərlər edirlər. Azərbaycanla sülh sazişinin imzalanmasından sonra Türkiyə ilə sərhədlərin açılması aktuallıq kəsb edir. Belə olan təqdirdə daşnaklar, Koçaryan–Sarkisyan tərəfdarları, daxili və xarici qüvvələr bərk narahatdırlar. Onlar normallaşma prosesinin baş verməsini, Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərində yeni səhifənin açılmasını istəmirlər. Buna görə də cəmiyyətdə düşmənçilik əhval ruhiyyəsini artırmaq, xalqlararası ədavəti qızışdırmaq üçün əllərindən gələni edəcəklər. Ancaq onların bütün bu əməlləri erməni xalqının və dövlətinin əleyhinə işləyəcək, ziyanına olacaq. Çünki bu proseslər bölgədə yeni müharibəyə gətirib çıxara bilər. Onlar bir gün tamamilə başqa reallıq qarşısında qala–gözlərini açıb başları üzərindəki bayrağın həmin torpaqların həqiqi sahibi olan xalqın bayrağı olduğunu görə bilərlər.

Səxavət HƏMİD 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see312

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see302

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see276

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see267

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see250

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see229

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see227

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see224

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see221

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see215

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see212

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see203

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see199

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see196

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see181

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see176

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see168

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see163

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see163

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri