Icma.az
close
up
RU
Davamlı inkişaf və strateji prioritetlər

Davamlı inkişaf və strateji prioritetlər

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2023-cü ilin 19 sentyabrı Azərbaycan tarixində mühüm və unudulmaz bir səhifə açdı. Qarabağ iqtisadi rayonunda erməni silahlı birləşmələrinin həyata keçirdiyi genişmiqyaslı təxribatlar ölkəmizin suverenliyinə və təhlükəsizliyinə birbaşa təhdid idi. Bu baş verənlərə biganə qalmaq mümkün deyildi. Azərbaycan dövləti və Ordusu qanunlara və beynəlxalq hüquqa söykənərək qətiyyətli addım atdı – antiterror əməliyyatına start verildi.

Cəmi 23 saat davam edən əməliyyat zamanı Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi. Qısa müddət ərzində separatçı silahlı dəstələr tərksilah edildi, qanunsuz hərbi birləşmələrin fəaliyyəti dayandırıldı və Qarabağda ölkəmizin konstitusiya quruluşu bərpa olundu. Bu, təkcə hərbi uğur deyildi – xalqımızın onillərlə çəkdiyi əzabların sonu, suverenliyimizin tam bərpası idi.
Bu gün dövlət bayrağımızın Qarabağın hər guşəsində əzəmətlə dalğalanması həmin tarixi zəfərin ən parlaq nəticəsidir. Bu qələbənin əlamətdar əhəmiyyətini nəzərə alaraq, Prezident 2024-cü il 19 sentyabr tarixli Sərəncamla “Dövlət Suverenliyi Günü”nü təsis etdi. Artıq bu gün təkcə bir hadisənin xatırlanması deyil, həm də milli birliyin, azadlığın və ərazi bütövlüyünün simvoludur.
Qarabağ müharibəsindən sonra da təxribat və terror cəhdləri dayanmadı. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların Azərbaycan ərazilərinə yerləşdirilməsi bu siyasətin açıq nümunəsi idi. Onlarla mülki şəxsin həyatına son qoyan və ya sağlamlığını əlindən alan bu minalar separatçı düşüncənin davam edən təhlükəsini göstərirdi.
Bu vəziyyətə cavab olaraq, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa–Laçın yolunda etiraz aksiyası keçirdilər. Onların bu sivil mübarizəsi yalnız ətraf mühitin qorunması deyil, həm də qanunsuz fəaliyyətlərə qarşı ümumxalq iradəsinin ifadəsi idi. Bu aksiyalar Azərbaycan cəmiyyətinin həmrəyliyini və dövlətin ərazi bütövlüyü uğrunda birliyini nümayiş etdirdi.
Dövlətimiz yalnız hərbi deyil, həm də institusional addımlar atdı. Laçın istiqamətində təhlükəsizliyi təmin etmək və nəzarəti möhkəmləndirmək üçün “Laçın” Nəzarət–Buraxılış Məntəqəsinin yaradılması ərazilərimizin tam nəzarət altına alınması baxımından strateji əhəmiyyət daşıdı.
Beləliklə, 2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı təkcə bir hərbi əməliyyat deyildi. O, Azərbaycanın müasir tarixində yeni bir mərhələ, yeni reallıqların formalaşması və regionda sülh və sabitliyin təmin olunması yolunda mühüm addım oldu. Bu hadisə xalqımızın yaddaşına yalnız qələbə kimi deyil, həm də milli birliyin, iradənin və ədalətin təntənəsi kimi həkk olundu.

Azad Balayev
YAP Balakən rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri