Davamlı stres xərçəng riskini artırır?
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də fəaliyyət göstərən "Cold Spring Harbor Laboratory" alimləri stres və xərçəng arasındakı əlaqəni araşdıran yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Ölkə.az xəbər verir ki, araşdırmaya görə, uzunmüddətli (xroniki) stres bədəndə bəzi bioloji proseslərə təsir edərək şişlərin inkişafını və xərçəng hüceyrələrinin yayılmasını sürətləndirə bilər.
Tədqiqatda xüsusilə vurğulanır ki, davamlı stres immun sisteminə təzyiq göstərir və bəzi hormonların səviyyəsini dəyişərək xərçəng hüceyrələrinin böyüməsi üçün daha əlverişli mühit yarada bilər. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, stres təkbaşına xərçəngin birbaşa səbəbi sayılmır. Lakin o, xəstəliyin yaranması və inkişaf etməsində risk faktorlarından biri ola bilər.
Alimlər sağlam həyat tərzinin vacibliyini də önə çəkirlər. Onların fikrincə, müntəzəm yuxu, fiziki aktivlik və stresin düzgün idarə olunması ümumi sağlamlığa müsbət təsir göstərir və bir çox xəstəliklərin riskini azalda bilər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Mart 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















