Icma.az
close
up
RU
® Davamlı və etibarlı yeni HONOR X9c smartfonu AZƏRTAC

® Davamlı və etibarlı yeni HONOR X9c smartfonu AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

HONOR şirkəti Azərbaycanda yeni HONOR X9c modelinin satışına start verib. Dünyada məşhur istehsalçı onu portfelində ən davamlı smartfon kimi təqdim edir. Davamlılığından əlavə, bir çox digər maraqlı xüsusiyyətlərə malik bu smartfon sözsüz ki, istifadəçilərə yeni istifadə təcrübəsi bəxş edəcək. Belə ki, bu xüsusiyyətlərdən tutumlu batareya, sürətli şarj, gözoxşayan displey və üstün foto imkanlarını qeyd etmək olar.

Həmçinin nazik profili (smartfonun korpus qalınlığı 8 millimetrdən azdır) demək olar ki, bütün ön paneli əhatə edən bir qədər axarı displeyi, bahalı saat çərçivəsi təsəvvürü yaradan kamera dizaynını, maraqlı rəng seçimlərinin mövcudluğunu buraya aid etmək olar.

Rənglərə gəlincə, HONOR X9c Azərbaycan bazarında üç variantda təqdim olunub: qara titan, jade mavisi və titan bənövşəyi. Birinci çalar təbii ki, klassik rənglər sırasında yer alır. Eyni zamanda, bu rəng dolğun zadəgan tutqunluğu və məxməri teksturanı özündə birləşdirərək üzərində barmaq izi qoymur.

Bənövşəyi model incə kirşan təəssüratı oyadır və daha çox zərifliyə üstünlük verən istifadəçilərin zövqünü oxşayaraq son dərəcə uğurlu və narın rəng olaraq sayıla bilər.

Jade mavisi korpuslu modelin arxa tərəfi həm mərmər, həm də şaxtalı şüşə dizaynını xatırladan naxışlarla bəzədilib. Belə ki, sözü gedən çalarda təqdim edilmiş korpus həm öz dizaynı ilə seçilir, həm də digər rənglərdə olduğu kimi, çirklənməyə və barmaq izlərinə qarşı praktikdir.

İlk baxışdan HONOR X9c öz qiymət kateqoriyasından üstün bir smartfon təəssüratı yaradır, cihazla daha yaxından tanış olandan sonra isə heç də premium smartfonlardan dala qalmadığı təsdiqin tapır. İstehsalçı əlavə incəlik bəxş edən axarı kənarlar, zövqlü rəng seçimi və kamera blokunun maraqlı şəkildə təqdim edilməsi sayəsində belə bir görüntüyə nail olub.

Olduqca böyük ekrana sahib olmasına baxmayaraq, HONOR X9c-nin çəkisi, sadəcə, 189 q təşkil edir.

Smartfon diaqonalı 6,8” AMOLED displey ilə təchiz olunub. Ölçüsü 2700x1224 piksel olan bu ekran, 120 Hz yenilənmə sürəti ilə işləyərək, DCI-P3 rəng çalarında milyardlarla rəngi tam dəqiqliyi ilə nümayiş etdirir.

Qeyd edək ki, burada pik parlaqlıq 4000 nit təşkil edir. Bu o deməkdir ki, hətta parlaq yay günəşi şüaları altında belə təsvirin dəqiq və aydın olacağına əmin ola bilərsiniz. Həmçinin displey 3840Hz tezlikli geniş impulslu modulyasiya parıltısı daxil olmaqla, bir çox xüsusi görmə mühafizə texnologiyasını özündə birləşdirir.

HONOR X9c üstünlükləri bununla bitmir, smartfon həm də davamlılığı ilə fərqlənir. Belə ki, amortizasiya qəlbləri üzərində yığılan daxili komponentlər və gücləndirilmiş korpus sayəsində zərbə zamanı cihazın qorunması təmin olunur. Nəticədə smartfon hətta 2 metrə qədər hündürlükdən düşərsə belə funksionallığını qoruyub saxlaya bilir.

Displey və kamera bloku üzərində istifadə edilən gücləndirilmiş şüşə isə smartfonun davamlılığını artırır. HONOR bildirir ki, sözü gedən material poladdan daha sərtdir və onun köməyi ilə smartfonunuz, sadəcə, düşmələrdən deyil, həm də cızıqlardan qorunur.

Həmçinin HONOR X9c IP65M standartına uyğun istehsal edilib. Üçqatlı mühafizə sistemi sayəsində yüksək suya davamlılıq təmin edilir ki, buda öz növbəsində sizə hətta yaş əllərlə və ya yağış altında sensorlu displeylə işləmək imkanı yaradır.

Əvvəllər yalnız flaqman modellərində istifadə olunan silikon-karbon batareya indi daha uyğun qiymət seqmentində də tətbiq edilərək, HONOR X9c-də istifadə edilib. Qeyd edək ki, smartfonun batareyası 6600 mAh tutumludur. Batareyanın bir dolumu təxminən bir gün onlayn video izləməyə və ya iki gün ərzində musiqiyə qulaq asmaq üçün kifayət edir.

Orta statistik istifadə şəraitində isə HONOR X9c-nin əlavə yükləməməsiz işləmə müddəti, təxminən iki-üç gün təşkil edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, smartfon sürətli yükləməni dəstəkləyir və komplektə 66 Vt gücündə müvafiq yükləmə cihazı daxildir.

HONOR X9c zamanla sınaqdan keçirilmiş “Qualcomm Snapdragon 6 Gen 1” prosessoru üzərindən işləyir. Bu prosessor səkkiz nüvəyə malik olub, “Adreno A710” qrafikası ilə təchiz edilib. Onun ümumi performansı hətta tələbkar oyunlar üçün belə kifayət edəcək qədərdir.

Smartfon iki versiyada mövcuddur: 8 və 12 GB RAM. Hər iki versiyanın ümumi yaddaş tutumu 256 GB-dir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, cihaz OTG və NFC-ni dəstəkləyir, barmaq izi skaneri isə ekranın altında yerləşdirilib. Kamera blokuna nəzər salsaq, burada əsas kamera 108 MP təsvir ölçüsünə və böyük sensora malikdir. Optik sabitləşmə, süni intellektdən istifadə edərək hərəkətli obyektlərin qeydə alınması və gecə şəraitində fotoşəkillərin çəkilməsi kimi üstün xüsusiyyətlərə malik kamera bloku, həmçinin 5 MP ultra geniş bucaqlı sensoru da istifadəçilərə təqdim edir.

Qiymətlərə gəldikdə, smartfonun 8 GB RAM versiyası - 799 AZN, 12 GB-lıq isə 899 AZN-ə təqdim olunur. Yeni HONOR X9c modelini “İrshad”, “Kontakt Home”, “Soliton”, “Elit Optimal”, “MG Store”, “Umico”, “Smart Electronics”, “Digital Home” və “Barkod” mağazalar şəbəkəsindən əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see226

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see214

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see212

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see209

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see204

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see200

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see196

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see194

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see193

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see188

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see186

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see183

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see182

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see182

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see181

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see180

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see179

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see173

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri