Icma.az
close
up
RU
Davamlı və etibarlı yeni HONOR X9c smartfonu

Davamlı və etibarlı yeni HONOR X9c smartfonu

Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada məşhur istehsalçı onu portfelində ən davamlı smartfon kimi təqdim edir. Davamlılığından əlavə, bir çox digər maraqlı xüsusiyyətlərə malik bu smartfon sözsüz ki, istifadəçilərə yeni istifadə təcrübəsi bəxş edəcək. Belə ki, bu xüsusiyyətlərdən tutumlu batareya, sürətli şarj, gözoxşayan displey və üstün foto imkanlarını qeyd etmək olar.

Həmçinin nazik profili (smartfonun korpus qalınlığı 8 millimetrdən azdır) demək olar ki, bütün ön paneli əhatə edən bir qədər axarı displeyi, bahalı saat çərçivəsi təsəvvürü yaradan kamera dizaynını, maraqlı rəng seçimlərinin mövcudluğunu buraya aid etmək olar.

Rənglərə gəlincə, HONOR X9c Azərbaycan bazarında üç variantda təqdim olunub: qara titan, jade mavisi və titan bənövşəyi. Birinci çalar təbii ki, klassik rənglər sırasında yer alır. Eyni zamanda, bu rəng dolğun zadəgan tutqunluğu və məxməri teksturanı özündə birləşdirərək üzərində barmaq izi qoymur.

Bənövşəyi model incə kirşan təəssüratı oyadır və daha çox zərifliyə üstünlük verən istifadəçilərin zövqünü oxşayaraq son dərəcə uğurlu və narın rəng olaraq sayıla bilər.

Jade mavisi korpuslu modelin arxa tərəfi həm mərmər, həm də şaxtalı şüşə dizaynını xatırladan naxışlarla bəzədilib. Belə ki, sözü gedən çalarda təqdim edilmiş korpus həm öz dizaynı ilə seçilir, həm də digər rənglərdə olduğu kimi, çirklənməyə və barmaq izlərinə qarşı praktikdir.

İlk baxışdan HONOR X9c öz qiymət kateqoriyasından üstün bir smartfon təəssüratı yaradır, cihazla daha yaxından tanış olandan sonra isə heç də premium smartfonlardan dala qalmadığı təsdiqin tapır. İstehsalçı əlavə incəlik bəxş edən axarı kənarlar, zövqlü rəng seçimi və kamera blokunun maraqlı şəkildə təqdim edilməsi sayəsində belə bir görüntüyə nail olub.

Olduqca böyük ekrana sahib olmasına baxmayaraq, HONOR X9c-nin çəkisi, sadəcə, 189 q təşkil edir.

Smartfon diaqonalı 6,8” AMOLED displey ilə təchiz olunub. Ölçüsü 2700x1224 piksel olan bu ekran, 120 Hz yenilənmə sürəti ilə işləyərək, DCI-P3 rəng çalarında milyardlarla rəngi tam dəqiqliyi ilə nümayiş etdirir.

Qeyd edək ki, burada pik parlaqlıq 4000 nit təşkil edir. Bu o deməkdir ki, hətta parlaq yay günəşi şüaları altında belə təsvirin dəqiq və aydın olacağına əmin ola bilərsiniz. Həmçinin displey 3840Hz tezlikli geniş impulslu modulyasiya parıltısı daxil olmaqla, bir çox xüsusi görmə mühafizə texnologiyasını özündə birləşdirir.

HONOR X9c üstünlükləri bununla bitmir, smartfon həm də davamlılığı ilə fərqlənir. Belə ki, amortizasiya qəlbləri üzərində yığılan daxili komponentlər və gücləndirilmiş korpus sayəsində zərbə zamanı cihazın qorunması təmin olunur. Nəticədə smartfon hətta 2 metrə qədər hündürlükdən düşərsə belə funksionallığını qoruyub saxlaya bilir.

Displey və kamera bloku üzərində istifadə edilən gücləndirilmiş şüşə isə smartfonun davamlılığını artırır. HONOR bildirir ki, sözü gedən material poladdan daha sərtdir və onun köməyi ilə smartfonunuz, sadəcə, düşmələrdən deyil, həm də cızıqlardan qorunur.

Həmçinin HONOR X9c IP65M standartına uyğun istehsal edilib. Üçqatlı mühafizə sistemi sayəsində yüksək suya davamlılıq təmin edilir ki, buda öz növbəsində sizə hətta yaş əllərlə və ya yağış altında sensorlu displeylə işləmək imkanı yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 06 Dekabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri