Icma.az
close
up
RU
David Seliverstov 90 min dollar məsələsinə aydınlıq gətirdi

David Seliverstov 90 min dollar məsələsinə aydınlıq gətirdi

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


"Yaxşı olar ki, Çingiz Qənizadə də bu barədə açıqlama versin"
"Magen David Azerbaijan” insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisi Nizami Məmmədovla bağlı məsələlər, onun məhkəmə prosesi və Çingiz Qənizadənin mövqeyi ətrafında sosial şəbəkələrdə özünün şəxsi səhifələrində sərt açıqlama ilə çıxış edib.
Newscenter.az xəbər verir ki, David Seliverstov bildirib ki, Çingiz Qənizadənin “90 min” məsələsi ilə bağlı açıqlama verməsini gözləmək niyyətində deyil və bu məsələ ilə bağlı özü geniş faktlar və sübutlar ortaya qoymağa hazırdır:
“Çingiz Qənizadə 90 minə bağlı açıqlama vermək istəmir. Mən bununla bağlı geniş faktlar və sübutlar ortaya qoyacam.
Nizami Məmmədov 2021-ci ildə DTX tərəfindən həbs edilib və məhkəmə qərarı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Söhbət Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisindən gedir. Onun istintaq dövründə təxminən 12 milyon manat məbləğində dəymiş zərəri ödədiyi bildirilir.
Eyni zamanda, istintaq və məhkəmə materiallarında Müdafiə Nazirliyinin büdcəsindən mütəşəkkil dəstə tərəfindən böyük məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı ittihamlar yer alıb. Məhkəmənin müəyyən etdiyi zərərin Nizami Məmmovun üzərinə düşən hissəsinin 18 milyon manatdan çox olduğu bildirilir. Hazırda Nizami Məmmədovun işi Apellyasiya Məhkəməsindədir.
Mən düşünürəm ki, məhkəmələrimiz kifayət qədər humanistdir. Nizami Məmmədə 11 il 6 ay cəza verilib və o, məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız ərazi bütövlüyümüz uğrunda mübarizə aparırdığı dövrdə dövlətin, ordunun büdcəsi ilə bağlı ağır nəticələr doğuran əməllərin törədilməsi cəmiyyət tərəfindən çox ciddi qiymətləndirilməlidir.
Görürəm ki, Çingiz Qənizadə əsgərin, ordunun və dövlətin qalxanı olan büdcəyə zərər vurmaqda təqsirləndirilən şəxsə kifayət qədər isti münasibət bəsləyir. Çingiz Qənizadə özünün Rəşad adlı dostu və bir icra başçısının atası ilə birlikdə Babək prospektində yerləşən restoranda görüşlər keçirir və həmin görüşlərdə Nizami Məmmədovun məhkəmə işi ilə bağlı məsələləri müzakirə edir, məhkəmə prosesinə təsir göstərməyə cəhdlər göstərir.
David Seliverstov vurğulayıb ki, yaxşı olar ki, Çingiz Qənizadə bu barədə açıqlama versin. Əks halda, mən həmin açıqlamanı vermək məcburiyyətində qalacağam:
“Mənim mövqeyim aydındır: dövlətimizin büdcəsinə zərər vuran, dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinən şəxslər qanun qarşısında cavab verməlidirlər. Şəhidlərimizin, qazilərimizin və veteranlarımızın haqqı yerdə qalmamalıdır”.
Nizami Məmmədovun sentyabr ayında təyin olunan məhkəməsində ədalətli qərar çıxarılacağına inanıram. Mən məhkəməyə müdaxilə etmək istəmirəm və belə bir səlahiyyətim də yoxdur. İnanıram ki, Apellyasiya Məhkəməsi müstəqil və ədalətli qərar qəbul edəcək və əvvəlki qərarı qüvvədə saxlayacaq.
Eyni zamanda, səhər Çingiz Qənizadədən cavab gözləyirik. Onu Rəşad adlı şəxslə, Nəsimi Məmmədovla və həmin icra başçısının atası ilə nə bağlayır? Ortada hansı maraqlar var? Bu sualların cavabını cəmiyyətə açıqlasın. Mən yaxşı bilirəm 90 min dollar nədir. Sən də yaxşı bil, Çingiz Qənizadə, o 90 min dollar nədir.Özünü mafioz hesab edib kafe və restoranlarda iş həll etmək dövrü deyil. AXCP vaxtı deyil. Ayıl!”. Sonxeber.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Sentyabr 2026 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri