Icma.az
close
up
RU
ŞOK! David Seliverstov ölkədən qaçdı

ŞOK! David Seliverstov ölkədən qaçdı

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxsin Azərbaycanı tərk etdiyi bildirilir.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Musavat.com məlumat yayıb. Xəbərdə bildirilir ki, “David Seliverstov” haqqında dərc olunan ifşaedici materialdan dərhal sonra Gürcüstana yollanıb.

Bəzi məlumatlarda onun daha sonra İsrailə getdiyi iddia olunsa da, digər məlumatlara əsasən, hazırda hələ də Gürcüstandadır. Bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Marqarita pizza

Sayt yazır ki, “David Seliverstov” özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib, Azərbaycan–İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib, ictimai-siyasi dairələrdə geniş əlaqələr formalaşdırmağa çalışıb. Hüquq müdafiəçilərinin iddiasına görə isə Azərbaycanda bu adda rəsmi qeydiyyatda olan şəxs yoxdur və “David Seliverstov” adı ilə çıxış edən şəxsin əslində Kazım Elşən oğlu Abbasov olduğu bildirilir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadənin Musavat.com-a təqdim etdikləri məlumatlarda bildirilir ki, Kazım Abbasov müxtəlif dövrlərdə bir neçə dəfə məhkum olunub.

Təqdim olunan məlumatlara əsasən, o, 2011-ci ildə dələduzluq ittihamı ilə saxlanılıb və azadlıqdan məhrum edilib. Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayət işində də məhkum olunub. 2014-cü ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə yenidən saxlanılıb və 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir. Hüquq müdafiəçilərinin məlumatına görə, o, 2022-ci ildə azadlığa çıxıb.

İddialara görə, azadlığa çıxdıqdan sonra Kazım Abbasov yeni kimlik formalaşdıraraq “David Seliverstov” adı ilə fəaliyyət göstərməyə başlayıb. O, müxtəlif şəxslərə problemlərinin həllində kömək edə biləcəyini bildirib, nüfuzlu çevrələrlə əlaqələrinin olduğunu vurğulayıb və bu yolla etimad qazanmağa çalışıb. Hüquq müdafiəçiləri bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırladıqlarını açıqlayıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Avqust 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see291

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see275

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see262

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see259

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see259

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see251

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see244

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see237

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see235

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see228

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see227

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see222

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see221

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see216

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see213

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see210

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see210

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see208

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see199

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri