Icma.az
close
up
RU
Davos 2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur ŞƏRH AZƏRTAC

Davos 2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 yanvar, AZƏRTAC

Bu günlərdə 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən və əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji dünya problemlərinin və hadisələrinin müzakirəsini keçirməkdən ibarət olan Dünya İqtisadi Forumu öz işini yekunlaşdırmaq üzrədir.

Dünya İqtisadi Forumunun 55 illik tarixinə nəzər saldıqda görürük ki, müxtəlif dövrlər üçün aktual və dünya iqtisadiyyatında və siyasətində mühüm rola malik problemlər bu dünyəvi forumun müzakirə obyektləri sırasında yer tutublar. Gündəlikdə qlobal iqtisadi artımın bərpası, iqlim dəyişikliyinin idarə olunması, texnoloji inqilabın təsirləri və qlobal münaqişələrin nəticələri kimi vacib məsələlər var.

Forumun əsas prioritetlərindən biri olan iqtisadi problem barədə danışarkən BİF-in icraçı direktoru Ceremi Yurgen haqlı olaraq hazırda iqtisadi artım anlayışını yenidən dərk etməyin hər zamankından daha vacib olduğunu vurğulayıb.

“Bizə elə bir artım lazımdır ki, insanların rifahını birinci yerə qoysun. Bu, sadəcə ÜDM rəqəmləri deyil, bu, həyat keyfiyyəti, bərabərsizliklə mübarizə və ekoloji çağırışlardır”, - deyə o bildirib.

Yeni dövrün manifesti kimi səslənən bu ifadələr göstərir ki, iqtisadi uğur yalnız ixrac həcmləri və məhsuldarlıqla deyil, həm də planetə və onun üzərində yaşayan insanlara nə qədər diqqət yetirməsi ilə ölçülür. Müasir dünyanın qarşılaşdığı siyasi, iqtisadi, sosial, ekoloji problemləri, mövcud olan toqquşma və müharibələri, bütün bu sahələrdə daha da artan və özünün pik həddinə yaxınlaşan qeyri-müəyyənliyi nəzərə alan forumun prezidenti Börge Brende bu vəziyyəti bir ifadə ilə xarakterizə edib: “Biz son onilliklərin ən mürəkkəb geosiyasi fonunda yaşayırıq”.

Forumun əsas mövzuları və keçirilən müzakirələr dünyanı qayğılandıran bir sıra problemləri özündə ehtiva edib. O cümlədən:

- tərəqqinin əsası olan sosial etibarın bərpası;

- şəffaflıq, hesabatlılıq və idarəetmənin təkmilləşdirilməsi;

- dünyada iqtisadi artımın səngidiyi bir şəraitdə, inklüzivlik, dayanıqlılıq və davamlı inkişaf yönündə yeni iqtisadi modellərin tətbiqi;

- insan kapitalına müasir yanaşmalar;

- planetin qorunması, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə;

- hər kəsin enerji, su və ərzağa bərabər çıxışını təmin etmək;

- süni intellektin (Sİ) inkişafı;

- etik məsələlər, imkanlar və risklər;

- iş yerlərinin avtomatlaşdırılması və bu sahənin tənzimləməsi;

- texnologiyaların əmək bazarına təsiri ilə bağlı təlimlərin inkişafı;

- yaşıl iqtisadiyyat və süni intellekt ilə bağlı bacarıqların və vərdişlərin artırılması, məşğulluq;

- geosiyası risklər.

Azərbaycan üçün DAVOS-2025 forumu ölkənin qlobal arenadakı mövqeyini gücləndirmək, investisiya cəlb etmək və strateji tərəfdaşlıqlar qurmaq üçün mühüm fürsətdir. Növbəti dəfə də diqqətçəkən əsas məqamlardan biri o oldu ki, forumda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdikləri çoxsaylı və yüksək səviyyəli işgüzar görüşləri ilə Azərbaycan Prezidenti İlham Əliyev bu dəfə də diqqət mərkəzində oldu.

Yeri gəlmişkən, öz siyasətində milli maraqları hər şeydən uca tutan Azərbaycan Prezidenti bu strategiyanı builki 55-ci forumda da uğurla davam etdirib.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Davos Forumunda iştirakın əhəmiyyətini iki nöqteyi-nəzərdən yüksək dəyərləndirir. Birincisi, bu dünyəvi forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platformadır. İkinci tərəfdən isə bu mötəbər toplantıya qatılmaq dünyada baş verən iqtisadi meyllər haqqında dolğun məlumat əldə etmək imkanından yararlanmaqla ölkəmizdə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.

Ölkə başçsının Davos-2025 forumu iştirakçılarının özlərinin arzusu ilə keçirilmiş çoxsaylı görüşlərdə tamamilə haqlı olaraq Azərbaycanı strateji nəqliyyat qovşağı və enerji sektorunda əsas iştirakçı kimi dəyərləndirilməklə bərabər çox mühüm və aktual fikirlər ehtiva olunub. Məsələn, ölkə iqtisadiyyatının, infrastrukturunun və yaşıl iqtisadiyyatın əhəmiyyətli inkişafında xarici investisiyaların cəlb olunması ilə bərabər bu uğurun qazanılmasında qarşılıqlı fayda gətirəcək əməkdaşlığın da önəmli rol oynaması vurğulanıb. Digər bir mühüm məqam isə dünyanı lərzəyə salan ekoloji katoklizmaların gücləndiyi bir zamanda ölkəmizdə ən mühüm prioritetlərdən biri kimi Prezident İlham Əliyev tərəfindən yaşıl iqtisadiyyata verilən mühüm önəm və COP29-un çox uğurla keçirilməsinin mötəbər xarici iştirakçılar tərəfindən yüksək dəyərləndirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il Davosda keçirdiyi çoxsaylı və ölkəmizin gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən görüşlərdə ölkəmizin yaşıl enerji, tranzit potensialı və texnoloji innovasiyalar sahələrində böyük perspektivlərə malik olması iştirakçıların diqqətinə çatdırılıb. Qarabağın bərpası fonunda ölkənin regional lider kimi mövqeyinin daha da möhkəmləndirilməsi, turizm potensialı qədim Azərbaycan mədəniyyətinin dirçəlişi və dünyaya tanıdılması, ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik edib, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğulayıb. O, ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirib. Eyni zamanda o, kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə də məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin daha bir mühüm görüşü Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə baş tutub. Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanmaqla yanaşı, dövlətimizin başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev Davos-2025 günlərində keçirdiyi görüşlərdə ölkəmizdə mövcud olan investisiya mühitindən razılığı ifadə edilib, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivə yüksək qiymətləndirilib.

“Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen və digərləri yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildiriblər.

Əksər görüş iştirakçıları Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat veriblər.

Builki Dünya İqtisadi Forumunun əsas devizlərindən birini də “İntellektual dövrdə əməkdaşlıq” təşkil edir. Artıq astanasında olduğumuz dövr süni intellekt və kvant hesablama kimi texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdür. Forum çərçivəsində, süni intellektin inkişafı və tətbiqi üçün ümumi standartların yaradılması məqsədilə hökumətlər və texnologiya şirkətləri tərəfindən “Qlobal SI Sazişi” imzalanıb.

Qlobal problemlərin - iqlim dəyişiklikləri, iqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliyin artması fonunda keçirilən 2025-ci ilin Dünya İqtisadi Forumu bir daha Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş COP29 ölkəmizə, etibarlı, sözü ilə əməli vəhdət təşkil edən dövlət başçımıza inamın təsdiqi kimi dəyərləndirilməklə son məqamda milli maraqlarımıza xidmətin parlaq sübutudur.

Vahid Novruzov

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri