Icma.az
close
up
RU
Azərbaycanın Davos Forumunda iştirakı enerji layihələrinin təqdimatı baxımından əhəmiyyətlidir ŞƏRH AZƏRTAC

Azərbaycanın Davos Forumunda iştirakı enerji layihələrinin təqdimatı baxımından əhəmiyyətlidir ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda builki iştirakı da əlamətdar hadisədir. Forum 1971-ci ildən ənənəvi şəkildə hər il keçirilir. Forumun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznes insanlarının iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələri müzakirə və təşkil etməkdir.

İqtisadi xarakter daşımasına baxmayaraq Forum dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsirə malikdir. Həmçinin dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı, enerji təhlükəsizliyi kimi problemlərin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş insanlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya gətirən Davos İqtisadi Forumu şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı kimi 2007-ci ildə “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında keçirilən Forumda iştirak edib. Həmin vaxt dövlətimizin başçısı “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda çıxış edərək “ölkəmizdə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb və bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artığını qeyd edən Prezident İlham Əliyev energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd edib”. Prezident İlham Əliyev 18 il bundan əvvəl dünyanın ən böyük İqtisadi Forumunda gözlənən enerji təhlükəsi mövzusuna toxunaraq, Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən və bu təhlükənin qarşısının alınmasında oynadığı roldan danışıb. Dövlətimizin başçısı sonralar da müxtəlif mövzularda keçirilən Forumda iştirak edərək müzakirələr aparıb.

“Sayca 55-ci olan budəfəki Forum “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşıb. Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunacaq: İnkişafın yenidən dizayn edilməsi – Güclü və dayanıqlı iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrini necə müəyyən edə bilərik? İntellektual əsrdə sənayelər - Biznes liderləri öz sənayelərinin transformasiyasında qısamüddətli məqsədlərlə uzunmüddətli imperativlər arasında tarazlığı necə əldə edə bilərlər? İnsan kapitalına investisiya - Dövlət və özəl sektor müasir və davamlı cəmiyyətin inkişafına töhfə verən insan kapitalının inkişafına və iş yerlərinin artmasına necə sərmayə qoya bilər? Planetin mühafizəsi - İnnovativ tərəfdaşlıqlar, artan maliyyələşdirmə və aparıcı texnologiyaların tətbiqi vasitəsilə enerji, iqlim və təbiət məqsədlərinə nail olmağı necə sürətləndirə bilərik? Etimadın bərpası - Getdikcə mürəkkəbləşən və sürətlə inkişaf edən dünyada cəmiyyətlər arasında dərinləşən fikir ayrılıqları, geosiyasi çoxqütblülük və siyasi proteksionizmə doğru baş verən dəyişikliklər həm ticarətə, həm də investisiyalara mane olur. Maraqlı tərəflər həm beynəlxalq, həm də cəmiyyətlər daxilində əməkdaşlıq etmək üçün yeni həll yollarını necə tapa bilərlər? Budəfəki Forumda dünya liderlərindən qlobal problemləri həll etmək üçün birgə səylər göstərmək, insanların ehtiyaclarını ödəmək, eyni zamanda, onilliyin sonuna qədər daha dayanıqlı dünya üçün zəmin yaratmaq məqsədilə addımların atılması gözlənilir”, - deyə Y.Hacızadə vurğulayıb.

Politoloqun sözlərinə görə, qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Davos Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Azərbaycanın belə bir tədbirdə iştirak edərək iqtisadi və nəqliyyat kommunikasiya imkanlarını, enerji layihələrini bir daha təqdim etməsi baxımından əhəmiyyətlidir. Dövlətimizin başçısı Forumda qarşı tərəflərin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenski ilə, o cümlədən bir çox beynəlxalq şirkətlərin rəhbəri ilə görüşüb. Həmçinin çoxmilyonluq izləyicisi olan Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərək ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. Bütün bunlara görə Prezident İlham Əliyevin Davosda builki iştirakının da məhsuldar keçdiyini demək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri