Davos 2026 da dünya liderləri “Dialoq Ruhu” mövzusu ilə bir araya gəlir
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Davos 2026-da dünya liderləri “Dialoq Ruhu” mövzusu ilə bir araya gəlir.
Banco.az xəbər verir ki, Dünya İqtisadi Forumunun (WEF) hər il Davosda təşkil etdiyi illik görüşlər bu il geosiyasi risklərin və qlobal borcların artdığı, süni intellekt kimi texnologiyaların sürətlə inkişaf etdiyi və qlobal əməkdaşlıq baxımından kritik bir mərhələdə “Dialoq Ruhu” mövzusu altında 130 ölkədən iştirakçıları bir araya gətirəcək.
WEF-in bu il 56-cısını təşkil etdiyi illik iclaslar 19–23 yanvar tarixlərində İsveçrənin Davos qəsəbəsində keçiriləcək.
Zirvədə 65 dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri, 33 xarici işlər naziri, 34 ticarət və sənaye naziri, eləcə də 11 mərkəzi bank rəhbəri olmaqla ümumilikdə 400 yüksək səviyyəli şəxs və siyasi liderin iştirakı gözlənilir.
Bu çərçivədə, builki zirvənin WEF-in illik icları tarixində rekord səviyyədə yüksək vəzifəli hökumət nümayəndəsinin iştirakı ilə yadda qalacağı proqnozlaşdırılır.
Davosda kimlər iştirak edəcək?
Zirvədə iştirak edəcək liderlər arasında ABŞ Prezidenti Donald Tramp, Kanada Baş naziri Mark Karni, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Çin Baş nazirinin müavini Xe Lifenq, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, Argentina Prezidenti Xavyer Miley, İndoneziya Prezidenti Prabovo Subianto, Fələstin Baş naziri Məhəmməd Mustafa, Suriya Prezidenti Əhməd Şara, İspaniya Baş naziri Pedro Sançes, İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin, Azərbaycan Prezidenti İlham Əliyev, Belçika Baş naziri Bart de Vefer, Kolumbiya Prezidenti Qustavo Petro, Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi, Ekvador Prezidenti Daniel Noboa Asin, Finlandiya Prezidenti Aleksandr Stubb, Yunanıstan Baş naziri Kiriyakos Mitsotakis və Ukrayna Prezidenti Volodimir Zelenski yer alır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:36
Bu xəbər 18 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















