Icma.az
close
up
RU
Davos Forumu və Azərbaycan: Qlobal arenadakı mövqeyi gücləndirmək üçün fürsətdir

Davos Forumu və Azərbaycan: Qlobal arenadakı mövqeyi gücləndirmək üçün fürsətdir

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanın fəal iştirak etdiyi beynəlxalq platformalardan biri də Dünya İqtisadi Forumudur. Bir neçə istisna olmaqla hər ilin yanvar ayında İsveçrənin kurort şəhəri sayılan Davosda düzənlənən tədbirdə beynəlxalq siyasi və iqtisadi proseslər, dayanıqlı inkişaf və təhlükəsizlik, ekologiya və iqlim dəyişiklikləri, enerji və nəqliyyat, qabaqcıl texnologiyalar və digər mühüm istiqamətlər üzrə məsələlər müzakirə olunur. Forumun qlobal nüfuzunu həm də onun sessiyalarına dünya liderlərinin yaxından qatılmaları da təsdiqləyir. 

Hər il Davosa toplaşan nüfuzlu siyasətçilər və iqtisadçı ekspertlər, qabaqcıl texnologiya mühəndisləri, aparıcı transmilli şirkətlərin rəhbər şəxsləri dünyanın siyasi-iqtisadi panoramını və həmin panoramın ən vacib komponentlərini müəyyən edirlər. Məhz bu tədbirdə mütəxəssis və ekspert qrupları, siyasi və iqtisadi xadimlər müxtəlif panel müzakirələr sayəsində irəli sürdükləri yeni fikir və təkliflərlə qlobal siyasət və iqtisadiyyatın prioritet hədəflərinə aydınlıq gətirir, müasir texnologiyaların tətbiqi sahələrini göstərirlər. Forum eyni zamanda, populyar iqtisadi güc mərkəzlərinin fəal dialoquna da şərait yaradır".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Əlibala Məhərrəmzadə deyib.

O bildirib ki, forum yarandığı gündən indiyə qədər missiyasına sadiq qalsa da, yeni çağırışlar mövzuların rəngarəngliyini artırır və müzakirə olunan problemlərin qəti həlli üçün konkret yolların müəyyən edilməsini xeyli aktuallaşdırır: "Davos zirvəsi ilə bağlı bəzi statistik məlumatlara müraciət etsək, görərik ki,

- Dünya İqtisadi Forumu 1971-ci ildən etibarən keçirilir; 
- Azərbaycan forumda 1995-ci ildən təmsil olunur;
- Prezident İlham Əliyev ilk dəfə Davos forumunda 2007-ci ildə iştirak edib;
- 2013-cü ildə Dünya İqtisadi Forumu Bakıda təşkil olunub;
- Hazırda 4-cü Sənaye İnqilabı Mərkəzi Bakıda fəaliyyət göstərir.

Birmənalı söyləmək olar ki, Prezident İlham Əliyevin mütəmadi olaraq Dünya İqtisadi Forumuna dəvət alması Azərbaycanın Cənubi Qafqazda lider mövqeyə malik olduğu, sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə etdiyi və beynəlxalq birliyin ölkəmizə marağının sürətlə artdığı ilə bağlıdır. Bundan başqa, ölkəmiz tək qlobal iqtisadi deyil, siyasi proseslərdə də fəal iştirak edir və mühüm təşəbbüslər irəli sürür. Təbii ki, bunlar gələcəyə baxışı formalaşdıran beyin mərkəzlərinin diqqətindən yayınmır və onlar Azərbaycan Prezidentinin innovativ və novatorçu fikirlərinə xüsusi önəm verirlər. 

Əslində, ölkə başçımızın Davosda ikitərəfli formatda, özü də qarşı tərəfin müraciətləri ilə reallaşdırdığı görüşlər çox şeydən xəbər verir. Azərbaycan özünü qlobal enerji, ekologiya, iqlim, təhlükəsizlik və digər məsələlər ətrafında gedən diskussiyalar zamanı konstruktiv ölkə kimi göstərə bilir. Hətta həmin istiqamətlərin bir çoxu üzrə lider mövqelərə də sahibdir. Məsələn, son illər karbon neytrallığı və enerjinin diversifikasiyası sahəsində görülən işlər regional deyil, artıq ümumbəşəri səciyyə daşıdığından xarici tərəfdaşlar Bakının effektiv proqramlarına açıq dəstək ifadə edir. Azərbaycanın bərpaolunan enerji və “yaşıl generasiya” sektoruna yüz milyonlarla dollar vəsait qoyması beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanır. Dünya İqtisadi Forumunun “Effektiv enerji keçidinə yardım-2023” hesabatında Azərbaycanın 120 ölkə arasında davamlı və effektiv energetik sistemə keçid səviyyəsinə görə 32-ci yerə qalxması bu rəğbət və dəstəyin konkret ifadəsidir.

Əlbəttə, zaman keçdikcə, qlobal hədəflər yeni məzmun və mahiyyət almağa başlayır, yeni hədəflər və məqsədlər ortaya çıxır. Davos Forumu da bu nüansları nəzərə almaya bilməz. Ötən həftə 55-ci dəfə İsveçrədə toplaşan dünya liderləri hazırda dünyanı qayğılandıran bir sıra mühüm problemləri göz önünə sərdilər.

-şəffaflıq, hesabatlılıq və idarəetmənin təkmilləşdirilməsi;
-inklüzivlik, dayanıqlılıq və davamlı inkişafla bağlı yeni iqtisadi modellərin tətbiqi;
-insan kapitalına müasir yanaşmalar;
-planetin qorunması, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə;
-süni intellektin inkişafı;
-texnologiyaların əmək bazarına təsiri ilə bağlı təlimlərin inkişafı;
-geosiyası risklər və s.

Bu gün dünya, sözün əsl mənasında, kritik dönəm yaşaıyır. COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsi onsuz da kövrək olan qlobal sistemdə acı izlərini qoymaqdadır. Belə ki, ən güclü iqtisadiyyatlara sahib ölkələrin bir çoxunda , məsələn, Fransada sosial-iqtisadi böhran yaşanır, dövlət borcları artır, təsir altına düşmək təhdidləri yaranır, ərzaq və enerji qiymətləri artır. ABŞ-nin yeni prezidentinin elan etdiyi iqtisadi prioritetlər Avropa İttifaqının liderlərini ciddi narahat etməkdədir. Artan geoiqtisadi parçalanma isə maliyyə sektorunda zəiflikləri, o cümlədən aktivlərin qiymətləri, yüksək borc səviyyələri və nəzarətdən çıxan iqlim və ərzaq böhranını dərinləşdirir. Davos forumu əlbəttə, ekspert camiəsi nümunəsində bu kimi fəsad və təhdidlərə qarşı effektiv müdafiə tədbirləri görmək, proaktiv, uzaqgörən siyasət və mütərəqqi biznes strategiyaları hazırlamaq məsələsində əlverişli format rolunu oynayır.

Bəli, artıq hər kəs etiraf edir ki, iqtisadi uğur yalnız ixrac həcmləri və məhsuldarlıqla deyil, həm də planetin gələcəyinə dair optimal iqtisadi modellərin tətbiqi ilə ölçülür. Şübhəsiz, burada ilk pillədə insan amili dayanır. 55-ci Davos zirvəsinin “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçməsi də məhz bu kimi kriteriyalarla bağlıdır. Qlobal geoiqtisadi nəzəriyyələr insan faktorunu əsas götürməli və onun rifahını prioritet seçməlidir. Müasir dünyanın qarşılaşdığı siyasi, iqtisadi, sosial, ekoloji problemləri, mövcud toqquşma və müharibələri yalnız insan rifahı amili üzərindən qiymətləndirərək aradan qaldırmaq olar. Bu, gələcək nəsillərə iqtisadi rifahın qorunduğu cəmiyyətin ötürülməsinin əsas şərtidir. 

Azərbaycan dövləti üçün 55-ci Davos forumu ölkənin qlobal arenadakı mövqeyini gücləndirmək, investisiya cəlb etmək və strateji tərəfdaşlıqlar qurmaq üçün mühüm fürsət kimi dəyərləndirilir. Prezident İlham Əliyevlə görüşə can atan beynəlxalq şirkət nümayəndələri ölkəmizin sabit və təhlükəsiz, eləcə də cəlbedici investisiya mühitinə sahib olduğu meyarlarını əsas götürürlər. 

Davos müzakirələri iqtisadi xarakter daşısa da, forumun dünya siyasəti və beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərdiyi birmənalıdır. ABŞ-də baş tutan prezident seçkilərindən sonra planetin əsas güc mərkəzləri – Çin, Avropa İttifaqı və Rusiya yaxın illərdə onların hansı tendensiyalarla üzləşəcəklərini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bu baxımdan, Davosa toplaşan siyasi liderlər qlobal arenada davam edən münaqişə və müharibələrin, terror və ekstremizmin beynəlxalq iqtisadi böhranı bir qədər də dərinləşdirdiyini deyir, milyonlarla insanın həyat tərzinə, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına öldürücü təsir göstərdiyini, ərzaq çatışmazlığı problemini daha da artırdığını bildirirlər. Artıq bu vəziyyətdən çıxmağın zamanıdır. Azərbaycan dünyanın sabahı üçün strateji önəm daşıyan təşəbbüsləri sıralayır. İndi çox şey əməkdaşlıqdan daha çox konfrontasiyaya meyilli supergüclər arasında anlaşmanın əldə edilib-edilməməsindən asılı olacaq".

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Yanvar 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1198

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see164

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see131

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see111

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: Versəniz, vurarıq

15 İyul 2025 14:04see111

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see110

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri