Icma.az
close
up
RU
Davos sualları ağır gəldi: Ermənistan mövqe göstərməkdən qaçır ŞƏRH

Davos sualları ağır gəldi: Ermənistan mövqe göstərməkdən qaçır ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın istər Ukrayna, istər İran, istər Qəzza ilə bağlı net mövqe ortaya qoymaq komfortu yoxdur

Davos İqtisadi Forumunun bu ilki toplantısı qlobal siyasi gündəmin ən həssas mövzularının müzakirə ediləcəyi platforma kimi diqqət çəkdiyi halda, Ermənistanın Baş naziri Nikol Paşinyanın tədbirdə iştirak etməməsi xüsusi suallar doğurur. Adətən beynəlxalq forumlarda fəal görünən Paşinyanın Davosdan kənarda qalması onun həm regional proseslər, həm də böyük güclər arasında artan geosiyasi gərginlik fonunda ehtiyatlı mövqe tutduğunu göstərir.

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı açıqlamasında Nikol Paşinyanın mötəbər beynəlxalq tədbirlərdə iştirakdan imtina etmədiyini xatırladıb. Onun sözlərinə görə, Paşinyan Davosda Azərbaycanla sülh quruculuğunun genişlənməsi, o cümlədən ölkəsinin regional nəqliyyat layihələrinə qoşulmaq imkanları barədə fikirlərini geniş auditoriya ilə bölüşmək imkanı qazana bilərdi:

“Görünür, Paşinyanın bütün diqqəti bu ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yönəlib və o, əsas vaxtını ölkə daxilində rəqbilərini necə zəiflətməyə həsr etməlidir. Paşinyanı Davosa səfərdən çəkindirən digər amillərdən biri forumda ötən illərdə olduğu kimi Rusiya mövzusunun müzakirəsi ola bilər. Davosdakı görüşlərdə və müzakirələrdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi pislənilir. Paşinyan isə bu mövzuda danışmağa həvəsli deyil. Ötən il Paşinyan Davosda ona verilən “Ermənistan Avropa Birliyi ilə Rusiya arasında seçimdə hansı tərəfə üstünlük verəcək” sualına cavab verməkdə çətinlik çəkmişdi. Görünür, o, oxşar sualla üzləşmək istəmir. Davosda İrandakı gərgin vəziyyət də müzakirə oluna bilər ki, Paşinyan cənub qonşusunun ünvanına tənqidi fikir söyləmək istəmir”. 

Araşdırmaçı- jurnalist Asəf Quliyev “ Sherg.az”a açıqlamasında bildirib ki, Davos İqtisadi Forumu istənilən ölkə üçün yeni imkanlar pəncərəsi hesab oluna bilər. Ermənistan kimi yeni çağırışlarla üz-üzə olan bir ölkə üçün isə bu daha önəmli bir platformadır:

“Baş nazir Nikol Paşinyanın Davos İqtisadi Forumunda iştirak etməməsi müəyyən mülahizələrlə izah oluna bilər. Sözsüz ki, böyük siyasətdə heç nə səbəbsiz baş vermir. Amma bəzən çox mürəkkəb hesab etdiyimiz hadisələrin çox sadə səbəbləri və izahı olur. Bütün hallarda Paşinyanın Davosa getməməsinin müəyyən səbəbi və bəlkə də səbəbləri var. Bəli, Davos imkanlar pəncərəsidir, amma həm də müxtəlif suallara cavab verilən bir müstəvidir. Bu gün dünyada baş verən qlobal dəyişikliklərə hər bir dövlət kimi Ermənistan da müəyyən münasibət sərgiləməlidir. Aydın məslədir ki, indi tərəf seçmək və mövqe ortaya qoymaq lazımdır. Amma Ermənistanın istər Ukrayna, istər İran, istər Qəzza ilə bağlı net mövqe ortaya qoymaq komfortu yoxdur. Baş nazir Nikol Paşinyan impulsiv addımları ilə gündəmə gəlməyi sevsə də, kifayət qədər ehtiyatlı davranmağı bacaran bir siyasətçidir. Buna görə də görünür Davos imkanlarının genişliyi ona cavab verməli olduğu sualların çoxluğu ilə müqayisədə daha az cəlbedici görünüb. Qısa desək, 8 avqust reallığından sonra Nikol Paşinyan ABŞ administrasiyasına nə qədər güvənsə də regional aktorlar qarşısında əzələ göstərəcək performansa sahib deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri