Icma.az
close
up
RU
Ermənistan siyasi iradə nümayiş etdirməli, konstruktiv mövqe sərgiləməlidir ŞƏRH

Ermənistan siyasi iradə nümayiş etdirməli, konstruktiv mövqe sərgiləməlidir ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mühüm sənədlər imzalanıb. Bu sənədlər arasında Azərbaycan ilə ABŞ arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu, həmçinin üçtərəfli Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, səfər iki mühüm aspektdən önəmli idi. Birincisi, Azərbaycan-ABŞ əlaqələrinin inkişaf etdirilərək yeni mərhələyə çatdırılmasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, imzalanan sənədlər iki ölkə münasibətlərində yeni səhifə açır. Əvvəlki Bayden-Blinken administrasiyası dövründə erməni diasporasının təsiri ilə yürüdülən ermənipərəst siyasət ikitərəfli münasibətlərdə problemlər yaratmışdı. Donald Tramp administrasiyası isə həmin siyasətin yanlışlığını görərək onu dəyişdirmək üçün addımlar atdı. Bu çərçivədə Prezident İlham Əliyevə məktublar göndərildi, telefon danışıqları aparıldı, Tramp tərəfindən 28 Mayda təbrik ünvanlandı və administrasiya nümayəndələrinin Bakıya səfərləri baş tutdu.

Sultan Zahidov bildirib ki, Tramp Baydendən fərqli olaraq Qafqazın və Azərbaycanın strateji əhəmiyyətini dərindən dərk edir və bu səbəbdən qərəzsiz, konstruktiv mövqe nümayiş etdirir. Vaşinqton görüşü həm də Cənubi Qafqazda sülh və sabitlik baxımından mühüm addımdır. Lakin bu görüşün əsasında 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfər dayanır. Məhz həmin Qələbə bölgədə yeni geosiyasi reallıqlar yaratdı, Ermənistanın Rusiyadan asılılığının azalmasına və sülh üçün zəmin formalaşmasına səbəb oldu.

Politoloq əlavə edib ki, görüş zamanı Zəngəzur dəhlizi ilə bağlı vacib razılaşma əldə olunub. Bu layihə Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsini təmin etməklə yanaşı, Türkiyəni Qafqaz və Mərkəzi Asiya ilə, Avropanı isə Çinlə birləşdirəcək böyük nəqliyyat xəttinin mühüm hissəsidir.

O, həmçinin vurğulayıb ki, imzalanan sənədlərin tam icrası üçün Ermənistan siyasi iradə nümayiş etdirməli, konstruktiv mövqe sərgiləməli və konstitusiya dəyişiklikləri həyata keçirməlidir. Bu dəyişikliklər çərçivəsində Azərbaycana qarşı ərazi iddiaları konstitusiyadan çıxarılmalıdır.

Sultan Zahidovun sözlərinə görə, Vaşinqton görüşü həm də Azərbaycanın Zəfərini və güclənməsini həzm edə bilməyən qüvvələrə, o cümlədən Fransa Prezidenti Makrona, Avropa İttifaqına və Avropa Parlamentinə ciddi mesaj oldu. Bu razılaşma ABŞ-ın Azərbaycanın yanında olduğunu və ölkənin yaratdığı yeni geosiyasi reallıqları tanıdığını göstərdi.

Politoloq yekun olaraq bildirib ki, Vaşinqtonda imzalanan razılaşma destruktiv qüvvələrin Azərbaycanı təcrid etmək planlarının iflasa uğradığını təsdiqləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri