Icma.az
close
up
RU
Davud Rüstəmov: “Kritik informasiya infrastrukturlarının kibertəhlükəsizliyi daimi nəzarətdədir”

Davud Rüstəmov: “Kritik informasiya infrastrukturlarının kibertəhlükəsizliyi daimi nəzarətdədir”

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda kritik informasiya infrastrukturlarının kibertəhlükəsizlik vəziyyəti ilk dəfə olaraq vahid metodologiya əsasında qiymətləndirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair tədbirdə bildirib. Onun sözlərinə görə, 2024-cü il noyabrın 29-da Nazirlər Kabinetinin 501 nömrəli qərarı ilə kritik informasiya infrastrukturu obyektlərinin siyahısı müəyyən edilib və bu istiqamətdə risklərin qiymətləndirilməsinə başlanılıb.

Davud Rüstəmov qeyd edib ki, Nazirlər Kabinetinin 229 nömrəli qərarına uyğun olaraq səlahiyyətli qurumlar tərəfindən dövlət sektorunda fəaliyyət göstərən kritik informasiya infrastrukturu subyektlərində təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyətinin ilkin mərhələsində bəzi subyektlərin özünüqiymətləndirmə nəticələri ilə faktiki vəziyyət arasında uyğunsuzluqların aşkarlandığını deyən Mərkəz rəisi bildirib ki, bu, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin zəruriliyini göstərir. O vurğulayıb ki, kritik infrastrukturlar ölkənin ən həssas və strateji əhəmiyyətli obyektləri hesab olunur və onların kibertəhlükəsizliyi daimi nəzarətdə saxlanılır.

Davud Rüstəmov bu prosesdə AKTA-nın yerli ekspert potensialından fəal istifadə olunduğunu, milli mütəxəssislərin töhfəsinin xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Bakıda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

İclasda iştirak məqsədilə Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, bu ölkənin rabitə naziri Hayam Al-Yasirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraq nümayəndə heyətini salamlayaraq bildirib ki, sıx tarixi, dini və mədəni əlaqələrə malik iki dost ölkə olan Azərbaycan və İraq arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Rəşad Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib, Birgə Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulayıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan – İraq Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə verə bilər.

Rəşad Nəbiyev, həmçinin regionda sülh quruculuğu ilə bağlı cari vəziyyət, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilər Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində yenidən qurulur və bu region “yaşıl enerji” zonası elan olunub.

İclas zamanı iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının Protokolu imzalanıb.

Məlumat üçün bildirək ki, Birgə Komissiya 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 20 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri