Icma.az
close
up
RU
Davud Rüstəmov: Azərbaycanda müdafiə sektorunda heç bir kiberinsident qeydə alınmayıb

Davud Rüstəmov: Azərbaycanda müdafiə sektorunda heç bir kiberinsident qeydə alınmayıb

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müdafiə sektorunda kibermüdafiənin vəziyyəti kifayət qədər qənaətbəxşdir.

APA xəbər verir ki, bunu "ADEX 2026"-da Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektoral görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov deyib.

O bildirib ki, müdafiə sektorunda müşahidə olunan kiberfiziki təhdidlər narahatlıq səviyyəsini daha da artırır və rəqəmsal transformasiyanın inkişafı özü ilə yeni təhdidlər gətirir.

“Geosiyasi dəyişikliklər və münaqişələr göstərir ki, hərbi obyektlər də kibertəhdidlərin hədəfindədir. Hərbi texnikaların logistik hərəkətinin izlənməsi halları artıb. Müdafiə sektorunda daha uzunmüddətli xarakter daşıyan təhdidlər mövcuddur. Burada düşmən və ya rəqibin əsas motivasiyası məlumatlar, xüsusilə də məxfi məlumatların əldə edilməsidir”, - general-mayor qeyd edib.

Davud Rüstəmovun sözlərinə görə, müdafiə sektorunda fəaliyyət göstərən bədniyyətli aktorlar digər sektorlardakı kibertəhdid subyektlərindən fərqlənir.

“Müdafiə sahəsində bədniyyətli aktorların arxasında adətən dövlətlər dayanır”, - o vurğulayıb.

Davud Rüstəmov vurğulayıb ki, Azərbaycanda kibermüdafiənin səviyyəsi yüksəkdir: “Xoşbəxtlikdən indiyə qədər müdafiə sektorunda heç bir kiberinsident qeydə alınmayıb. Çatışmazlıqların aradan qaldırılması istiqamətində kollegial fəaliyyət uğurlu olub. Müdafiə sektorunda kibermüdafiənin vəziyyəti kifayət qədər qənaətbəxşdir. Bu, həqiqətən də belədir”.

Davud Rüstəmov testlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq hər bir təşkilatda, hətta kiçik müəssisələrdə belə, informasiya texnologiyalarının təhlükəsizliyinin yoxlanılması üzrə test laboratoriyalarının yaradılmasının effektiv olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri