Davudoğlundan qalmaqallı açıqlama: Kürdüstandakı qardaşlarıma salam olsun!
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
İraqın tərkibində olan Şimali İraq Regional Kürd bölgəsinin rəsmi kanalına müsahibə verən Türkiyənin sabiq Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu canlı yayımlanan verilişin əvvəlində qalmaqallı açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bölgə rəhbərliyinə xoş münasibətini qabartmaqla yanaşı, "Kürdüstan" ifadəsini işlədib.
Məlumata görə, Türkiyənin birmənalı yaxına buraxmadığı ifadəyə baxmayaraq, o, “Rudaw” kanalına müsahibəsinin girişində belə deyib: "Öncə Kürdüstan bölgəsində - Ərbil, Süleymaniyyə, Duhok və Zaxoda olan bütün qardaşlarıma salamlarımı çatdırıram. O bölgəni nə qədər yaxından tanıdığımı və sevdiyimi hər kəs bilir".
Firudin Səfərli
MİA.AZ
Baxış sayı:83
Bu xəbər 18 Noyabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















