Icma.az
close
up
RU
Daxili dövlət borcu nədir? “Bu heç də effektiv alət deyil”

Daxili dövlət borcu nədir? “Bu heç də effektiv alət deyil”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Daxili dövlət borcu dövlət tərəfindən buraxılan istiqrazlardır. Dövlət bu və digər məqsədlər üçün istiqrazlar buraxır. Yerli banklar bu istiqrazları əldə edirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Toğrul Vəliyev bildirib. O, qeyd edib ki, hazırda hökumət daha çox xarici borcu ödəyir və bunu azaltmaq, daxilini artırmaq istiqamətində addımlar atır:

“Daxili dövlət borcu dövlət tərəfindən buraxılan istiqrazlardır. Dövlət bu və digər məqsədlər üçün istiqrazlar buraxır. Yerli banklar bu istiqrazları əldə edirlər. Əslində bu istiqrazları əldə edənlər müxtəlif qurumlar ola bilər. Amma bizdə əsasən, banklar əldə edir. Bir müddətdir ki, Azərbaycan hökuməti daha çox xarici borcu ödəyir və bunu azaltmaq, daxilini artırmaq istiqamətində addımlar atır. Bu müəyyən qədər iqtisadi təhlükəsizlik kimi başa düşülür. Amma realda elə də ciddi fərq eləmir. Belə deyək, dövlət daxildən borc götürür və xarici borcu ödəyir. Dövlət artıq yerli banklara borclu olur”.

Ekspert qeyd edib ki, daxili borclanma iqtisadiyyatı möhkəm olmayan ölkələr üçün bu heç də effektiv alət deyil:

“Daxili borclanmanın əsas məqsədi dövlət büdcəsinin defisitini aradan qaldırmaq və ya hansısa investiya ilə bağlı olur. Bütün ölkələrdə aşağı-yuxarı bu addımlar atılır. ABŞ və bir sıra Avropa ölkələrində daxili dövlət borcu bəzən ÜDM-in 100, 200 faizinə bərabər olur. Lakin göründüyü kimi ciddi problem yaranmır. 

Amma iqtisadi problemlərin yaşandığı, iqtisadi asılılığın olduğu ölkələrdə ciddi problemlər yarada bilər. Hər bir borclanma iqtisadiyyatının sturukturundan asılıdır. Əgər iqtisadiyyat sabitdirsə və normal inkişaf edirsə, onun hətta 100 faizi borclanma olsa belə, ciddi problem meydana gətirmir. Çünki müəyyən inam var ki, bu borc əvvəl-axır qaytarılacaq. Amma iqtisadiyyatı möhkəm olmayan ölkələr üçün bu heç də effektiv alət deyil. Bu tip iqtisadiyyatlarda hətta ÜDM-in 30 faizi qədər borc olsa belə problem yaşana bilər. Xüsusən inkişaf etməkdə olan ölkələrdə belə problemlər var”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri