Icma.az
close
up
RU
Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb

Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1 oktyabr 2024-cü il tarixi vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 299,1 milyon ABŞ dolları ( 9 milyard 8,5 milyon manat) , daxili dövlət borcu isə 17 milyard 192,9 milyon manat təşkil edib.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, xarici dövlət borcu 2024-cü il üzrə proqnozlaşdırılan 121 milyard 342,5 milyon manat məbləğində Ümumi Daxili Məhsulun (ÜDM) 7,4 faizini , daxili dövlət borcu isə 2024-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14.2 faizini təşkl edib.

Qeyd edilib ki, cari ilin ötən dövrü ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2024-cü ilin 1 oktyabr tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 162,1 milyon ABŞ dolları və ya 18 faiz azalıb. 1 oktyabr 2024-cü il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,7 faiz,valyutalar üzrə isə ABŞ dolları ilə – 86,1 faiz, avro – 6,1 faiz, yapon yeni – 3,4 faiz, digər valyutalar – 0,7 faiz.

“2024-cü ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi isə mütləq ifadədə 1.326,5 milyon manat məbləğində artıb. Bu artımın əsas səbəbləri dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olub” - deyə nazirlikdən bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri