Daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olmasına dair müddəa qanunvericilikdən çıxarılır
Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olmasına dair müddəa qanunvericilikdən çıxarılır.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, qüvvədə olan “Daxili qoşunların statusu haqqında” qanuna əsasən, daxili qoşunların komandanının daxili qoşunların bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla yanaşı, həmçinin daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Daxili qoşunlar haqqında” yeni qanun layihəsində daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olması ilə bağlı müddəa nəzərdə tutulmayıb.
Qeyd edək ki, “Daxili qoşunlar haqqında” yeni qanun qüvvəyə mindiyi gündən “Daxili qoşunların statusu haqqında” qanun ləğv ediləcək.


