Daxili qoşunlar komandanının nazir müavini statusu ləğv olunur
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olmasına dair müddəa qanunvericilikdən çıxarılır.
Bakıvaxtı.az-ın xəbərinə görə, qüvvədə olan “Daxili qoşunların statusu haqqında” qanuna əsasən, daxili qoşunların komandanının daxili qoşunların bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla yanaşı, həmçinin daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Daxili qoşunlar haqqında” yeni qanun layihəsində daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olması ilə bağlı müddəa nəzərdə tutulmayıb.
Qeyd edək ki, “Daxili qoşunlar haqqında” yeni qanun qüvvəyə mindiyi gündən “Daxili qoşunların statusu haqqında” qanun ləğv ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 09 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















