Icma.az
close
up
RU
Daxili qoşunlarla bağlı yeni səlahiyyətlər müəyyənləşdirilir

Daxili qoşunlarla bağlı yeni səlahiyyətlər müəyyənləşdirilir

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Daxili qoşunların fəaliyyəti ilə bağlı dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdirilir.
Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasıda müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların komandanının səlahiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):
-daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibini təsdiq edəcək;
-daxili qoşunların hərbi qulluqçularını vəzifəyə təyin və vəzifədən azad edəcək, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxacaq;
-daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verəcək;
-daxili qoşunların hərbi hissələrini və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsini yaradacaq və ləğv edəcək, o cümlədən həmin təhsil müəssisəsinin nizamnaməsini təsdiq edəcək;
-daxili qoşunların, onun xüsusi təyinatlı ali təhsil müəssisəsinin və hərbi hissələrinin döyüş bayraqlarının, habelə daxili qoşunların embleminin, hərbi qulluqçuların hərbi geyim formasının, fərqləndirmə nişanlarının əsasnamələrini və onların təsvirlərini təsdiq edəcək;
-daxili qoşunları fövqəladə və ya hərbi vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin təmin edilməsinə cəlb edəcək;
-daxili qoşunların hərbi şurasının əsasnaməsini təsdiq edəcək və onun tərkibini müəyyən edəcək;
-daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini Azərbaycan Respublikasının dövlət mükafatları və təltifləri ilə, o cümlədən fəxri adlarla təltif edəcək;
-daxili qoşunların səfərbərlik tapşırıqlarını müəyyənləşdirəcək, səfərbərlik və müharibə dövründə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları tərəfindən daxili qoşunların maddi-texniki vasitələrlə təmin olunması barədə qərar qəbul edəcək;
-daxili qoşunların çağırışçılarla, qanunla nəzərdə tutulmuş halda hərbi vəzifəlilərlə, habelə səfərbərlik zamanı, müharibə (silahlı münaqişə) dövründə hərbi nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsini həyata keçirəcək;
-daxili qoşunlara bilavasitə rəhbərlik edəcək və onlara həvalə olunmuş vəzifələrin icrası zamanı qanunçuluğa riayət edilməsini təmin edəcək;
-daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək;
-daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiq planlarını təsdiq edəcək;
-daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələr üçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin polkovnik və polkovnik-leytenant vəzifələri üçün nəzərdə tutulmuş ştatları təsdiq edəcək və onlarda dəyişiklik edəcək;
-hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitləri, habelə ilk zabit hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları, ehtiyatda olan hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul edəcək;
-müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin daxili qoşunlarda xidmətini və ehtiyata buraxılmasını təşkil edəcək;
-xidməti vəzifələrinin icrası zamanı daxili qoşunların həlak olmuş, ölmüş, xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilmiş, əlilliyi müəyyən edilmiş hərbi qulluqçularının ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasına köməklik göstərəcək, habelə onların maddi və məişət məsələlərinin həlli üçün normativ hüquqi aktlara uyğun tədbirlər görəcək;
-daxili qoşunların və daxili işlər orqanlarının birgə fəaliyyətini təşkil edəcək;
-ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrinin yerinə yetirilməsinə xüsusi və əməliyyat təyinatlı, mühafizə və təminat hərbi hissə və bölmələrini, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrini cəlb edəcək;
-hərbi hissələrin daimi yerləşdiyi ərazilərdən kənarda fəaliyyətinə dair qərar verəcək;
-qanuna uyğun olaraq daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini intizam məsuliyyətinə cəlb edəcək;
-icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verəcək, onların icrasına nəzarəti təşkil edəcək;
-Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq daxili qoşunların fəaliyyətinə aid digər məsələləri həll edəcək.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri