Əliməmməd Nuriyev: “Daxili Qoşunlarla bağlı ictimai rəyə hüquqi mahiyyəti olmayan, emosional və manipulyativ şərhlər ötürülür”
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Onların iddiaları hüquqi arqumentlərə deyil, emosional ritorikaya və xaricdəki müəyyən mərkəzlərdən qaynaqlanan siyasi manipulyasiyalara söykənir
Son günlər “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni Qanunun qəbulundan sonra daxili qoşunların komandanının təyinatı ilə bağlı ictimai müzakirələrdə bir sıra əsassız və hüquqi reallıqla uzlaşmayan iddialar səsləndirilir. Xüsusilə sosial şəbəkələrdə və xaricdə fəaliyyət göstərən bəzi şəxslər tərəfindən bu dəyişikliklər Prezidentin guya yeni səlahiyyətlər əldə etməsi, ali hərbi təyinat mexanizmlərinin dəyişdirilməsi və “hakimiyyətin mərkəzləşdirilməsi” kimi təqdim olunur.
Bu cür yanaşmalar normativ aktların konstitusion iyerarxiyasını, əvvəlki qanunvericiliklə hüquqi varislik prinsipini və dövlət idarəçiliyində mövcud olan sabit institusional praktikanı nəzərə almadan formalaşdırılır. Nəticədə ictimai rəyə hüquqi mahiyyəti olmayan, emosional və manipulyativ şərhlər ötürülür.
Məhz bu səbəbdən daxili qoşunların komandanının təyini ilə bağlı məsələyə siyasi və emosional yox, məhz hüquqi prizmadan yanaşmaq, yeni qanunun mahiyyətini əvvəlki normativ tənzimləmə ilə müqayisəli şəkildə izah etmək və yaranmış yanlış təsəvvürlərə hüquqi aydınlıq gətirmək zərurəti yaranıb.
Birinci bu günədək daxili qoşunların fəaliyyəti “Daxili qoşunların statusu haqqında” Qanunla tənzimlənirdi və həmin qanuna əsasən Azərbaycan Respublikasının Prezidenti – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı daxili qoşunların komandanını təyin və vəzifədən azad edirdi.
25 dekabr 2025-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni Qanunla əvvəlki qanunun ləğv edilməsi təyinat mexanizminin dəyişdirilməsi demək deyil. Burada söhbət yeni səlahiyyətin yaradılmasından yox, illərdir mövcud olan konstitusion və qanunvericilik yanaşmasının vahid və sistemli normativ aktda yenidən təsbit edilməsindən gedir.
Başqa sözlə, daxili qoşunların komandanının təyin və azad edilməsi ilə bağlı, yeni səlahiyyət yaradılmayıb, Prezidentin hüquqi mövqeyi genişləndirilməyib, əvvəlki normativ mexanizm dəyişdirilməyib.
Mövcud norma sadəcə olaraq qanunvericilik texnikasının tələblərinə uyğun şəkildə yeni qanuna köçürülüb.
İkinci, bəzi iddialarda daxili qoşunların komandanının, eləcə də ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitlərin guya bundan sonra birbaşa Prezident tərəfindən təyin və azad ediləcəyi vurğulanır və bu, ictimaiyyətə yenilik kimi təqdim olunur. Bu yanaşma hüquqi baxımdan yanlışdır.
Çünki Konstitusiya görə daxili qoşunlar Silahlı Qüvvələrin tərkib hissəsidir, Konstitusiyaya əsasən Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezidentdir, ali hərbi rəhbər və ali rütbəli vəzifələr üzrə təyinatlar həmişə Prezidentin konstitusion səlahiyyət dairəsinə daxil olub.
Yeni qanun bu mexanizmi nə dəyişir, nə də genişləndirir.
O, yalnız mövcud konstitusion modeli normativ baxımdan sistemləşdirir və texniki cəhətdən dəqiqləşdirir.
Üçüncü, xaricdə fəaliyyət göstərən bəzi bloqerlərin və özlərini “ekspert” kimi təqdim edən ayrı-ayrı şəxslərin bu prosesi manipulyativ formada şərh etməsi artıq ilk dəfə deyil. Normativ hüquqi aktları oxumaq vərdişi olmayan, hüquqi varisliyi və konstitusion iyerarxiyanı anlamayan yaxud qəsdən görməzdən gələn şəxslərin bunu “avtoritar yenilik” və ya “səlahiyyətlərin mərkəzləşdirilməsi” kimi təqdim etməsi hüquqi arqument deyil, emosional manipulyasiyadır.
Daxili qoşunların komandanının Prezident tərəfindən təyin və azad edilməsi nə yeni yanaşmadır, nə də son dəyişikliklərin nəticəsidir. Bu, Azərbaycan dövlət idarəçiliyində illərdir dəyişməyən, konstitusion əsaslı və sabit praktikadır.
“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni Qanunla, Prezident üçün yeni səlahiyyət yaradılmayıb, ali hərbi rütbəli vəzifələr üzrə təyinat mexanizmi dəyişdirilməyib, mövcud normativ model Azərbaycan Respublikasının Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olaraq sadəcə sistemləşdirilib və texniki baxımdan təkmilləşdirilib.
Bəzi “ekspert”lərin ictimaiyyəti çaşdırmaq cəhdləri isə hüquqi arqumentlərə deyil, emosional ritorikaya və xaricdəki müəyyən mərkəzlərdən qaynaqlanan siyasi manipulyasiyalara söykənir və heç bir ciddi hüquqi tənqidə tab gətirmir.
Konstitusiya Araşdırmalar Mərkəzinin direktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 27 Dekabr 2025 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















