Daxili sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq hüquq ŞƏRH
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə həm regionun gələcəyi, həm də qlobal siyasi mənzərənin təhlili baxımından strateji əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibə zamanı ölkənin daxili sabitliyindən tutmuş beynəlxalq münasibətlər sistemindəki böhrana qədər bir çox mühüm məqamlara toxunaraq, Azərbaycanın qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Prezidentin vurğuladığı ən önəmli məqamlardan biri Azərbaycanın daxili siyasi və sosial mühitinin dayanıqlılığı ilə bağlıdır. İlham Əliyev qeyd edib ki, hazırda ölkə daxilində potensial risklər mövcud deyil. Bu sabitlik təkcə iqtisadi inkişafın deyil, həm də cəmiyyətdəki milli birliyin və dövlət siyasətinə olan inamın nəticəsidir. Azərbaycan uzun illərdir ki, daxili təhlükəsizliyini təmin etmiş, kənar müdaxilələrə qarşı immunitet qazanmış bir dövlət kimi çıxış edir. Bu baxımdan, ölkənin gələcək inkişaf strategiyası hər hansı daxili sarsıntı qorxusu olmadan, tamamilə quruculuq və modernləşmə üzərində qurulub. Bununla belə, qlobal müstəvidə vəziyyət daha mürəkkəbdir. Dövlət başçısı təəssüflə bildirib ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələr və böyük güclərin yanaşması göstərir ki, “ikili standartlar” beynəlxalq hüququn aliliyini zəiflədib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən məhz beynəlxalq hüquqa söykənsə də, bir çox hallarda bu normaların kağız üzərində qaldığının şahidi olub. Prezidentin bu fikirləri müasir dünya nizamının ciddi islahatlara ehtiyacı olduğunu və güc amilinin hüququ üstələməyə başladığını göstərən bir xəbərdarlıq xarakteri daşıyır. Müsahibədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan humanitar və sülhməramlı səylərinə də yer ayrılıb. Prezident İlham Əliyev ona verilən yüksək mükafat barədə danışarkən qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu mükafat Azərbaycanın multikulturalizm dəyərlərinə, müxtəlif dinlər və mədəniyyətlər arasında körpü rolunu oynamasına verilən qlobal qiymətdir. Azərbaycanın apardığı siyasət təkcə iqtisadi mənfəət deyil, həm də dünyada tolerantlığın və qarşılıqlı hörmətin təşviqinə xidmət edir. Enerji təhlükəsizliyi məsələsinə gəldikdə, İlham Əliyev Azərbaycanın unikal statusunu xatırladıb. Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bu reallıq ölkəmizi Avropanın enerji xəritəsində əvəzolunmaz tərəfdaşa çevirir. Xüsusilə son illərdə enerji resurslarının diversifikasiyası və yeni boru kəmərlərinin inşası Azərbaycanın həm regional liderliyini, həm də qlobal iqtisadiyyatdakı çəkisini artırıb. Bu gün Azərbaycan təkcə xammal ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin qarantlarından biri kimi çıxış edir. Sonda Prezident bəzi Qərb institutlarının, xüsusən də Avropa Parlamentinin qərəzli mövqeyinə toxunub. O bəyan edib ki, Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir. Bu, ölkəmizin öz yoluna və seçiminə olan əminliyinin göstəricisidir. Tez-tez siyasi motivlərlə çıxış edən və reallıqdan uzaq qətnamələr qəbul edən bu kimi qurumların fəaliyyəti Azərbaycan üçün öz əhəmiyyətini itirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz milli maraqları çərçivəsində müstəqil xarici siyasət yürütməyə davam edəcək və bu yolda kənar təzyiqlər heç bir rol oynamayacaq.
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 22 Yanvar 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















