Icma.az
close
up
RU
İqtisadçı: Enerji tədarükü Ermənistanın daxili bazarında sabitlik yaradacaq

İqtisadçı: Enerji tədarükü Ermənistanın daxili bazarında sabitlik yaradacaq

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan isə bundan həm iqtisadi, həm də siyasi baxımdan qazanclı çıxacaq

“Ermənistan iqtisadiyyatının Türkiyə və Azərbaycanla nə qədər çox əlaqələnməsi təmin olunsa, regionda sülh bir o qədər möhkəmlənəcək”

"Azərbaycandan Ermənistana yanacaq idxalı ilə bağlı müzakirələr olub, əməkdaşlıq üçün imkanlar mövcuddur".

Bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan “Azadlıq Radiosu”nun erməni xidmətinə deyib.

Baş nazirin müavini Mher Qriqoryan təsdiqləyib ki, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı məsələsi bu yaxınlarda Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə müzakirə olunub.

“Azadlıq Radiosu”nun İrəvan və Bakının Azərbaycandan yanacaq idxalı ilə bağlı artıq razılığa gəlib-gəlmədiyi barədə sualına cavab olaraq Baş nazirin müavini bu gün belə cavab verib: “Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”.

Həmçinin Baş nazirin müavinindən Azərbaycandan hansı həcmdə yanacaq idxalının müzakirə olunduğunu, hansı Ermənistan şirkətlərinin Azərbaycandan yanacaq almaq niyyətində olduğunu, Azərbaycanın Ermənistana neft məhsullarını hansı qiymətə satmağa hazır olduğunu və Rusiyadan idxal edilən yanacaqla rəqabətədavamlı olub-olmadığı soruşulub.

Baş nazirin müavini bu suallara cavab olaraq bildirib ki, “yanacaqla bağlı növbəti proses artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsində aparılır və mümkün razılaşmaların şərtləri bazar prinsiplərinə uyğun olacaq”.

İqtisadçı Natiq Cəfərli Sherg.az-a bildirib ki, Azərbaycanın Ermənistana qarşı atdığı humanist və praqmatik addımlar regionda davamlı sülhün formalaşması üçün mühüm baza yaradır. Onun sözlərinə görə, rəsmi Bakının iqtisadi əməkdaşlıq istiqamətində təklif etdiyi jestlər, xüsusilə də enerji daşıyıcılarının Ermənistana ixracı, həm diplomatik böyüklüyün, həm də strateji düşüncənin göstəricisidir:

“İki ölkə arasında ticarət əlaqələrinin bərpası təkcə iqtisadi qazanclarla məhdudlaşmır. Azərbaycan öz maraqlarından çıxış edərək həm iqtisadi dividendlər əldə edir, həm də regionda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Ermənistan Azərbaycandan nə qədər çox enerji və digər strateji məhsullar idxal edəcəksə, qarşılıqlı asılılıq bir o qədər güclənəcək, bu isə sülh prosesini daha dayanıqlı edəcək. Bakı hazırda qalib dövlətə xas davranış nümayiş etdirir – konstruktivlik, böyüklük və özünəinam fonunda Ermənistanla normal münasibətlərin qurulmasına real şərait yaradır. Bu, həm iqtisadi, həm də diplomatik arqumentlərin üst-üstə düşdüyü nadir situasiyalardandır. Enerji tədarükü Ermənistanın daxili bazarında sabitlik yaradacaq, Azərbaycan isə bundan həm iqtisadi, həm də siyasi baxımdan qazanclı çıxacaq”.

N.Cəfərli hesab edir ki, bölgənin gələcək inkişafı məhz inteqrasiyadan asılı olacaq:

“Ermənistan iqtisadiyyatının Türkiyə və Azərbaycanla nə qədər çox əlaqələnməsi təmin olunsa, regionda sülh bir o qədər möhkəmlənəcək. Ermənistan üçün ən rasional yol qonşuları ilə əməkdaşlığı dərinləşdirməkdir. Bu, həm onların iqtisadi rifahına xidmət edəcək, həm də uzunmüddətli siyasi sabitliyi şərtləndirəcək”.

Onun fikrincə, enerji idxalı başda olmaqla yeni iqtisadi xətt Cənubi Qafqazda tamamilə yeni bir dövrün başlanğıcını qoyur və bu prosesin hər iki tərəf üçün faydalı olacağı şübhəsizdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri