Icma.az
close
up
RU
Dayanıqlı inkişaf məqsədləri üçün yeni yol xəritəsi...

Dayanıqlı inkişaf məqsədləri üçün yeni yol xəritəsi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycan BMT ilə yeni Çərçivə Sənədi imzalayacaq

Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi hazırlanıb. 2025-ci ilin ortalarında imzalanması nəzərdə tutulan saziş tərəflər arasında əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirəcək. 2026-2030-cu illəri əhatə edən Çərçivə Sənədi iqtisadi, sosial, elm, təhsil və digər sahələrdə əməkdaşlığın yeni yol xəritəsi hesab olunur. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreva bildirib ki, ölkəmiz dünyanın ən mötəbər təşkilatı ilə indiyə qədər müxtəlif sahələrdə birgə əməkdaşlıq çərçivəsində bir sıra nailiyyətlər qazanıb, dayanıqlı inkişaf məqsədlərinə çatmaqda böyük yol qət edib.

Azərbaycanın BMT ilə sıx əməkdaşlığı ötən əsrin sonlarından davamlı şəkildə intensiv xarakter alaraq inkişaf quruculuğunda mühüm töhfəverici rol oynayıb. Ötən illər ərzində ölkəmiz BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının fəaliyyətində yaxından iştirak edib, təşkilatın Baş Assambleyasında ekspertlər səviyyəsində işçi qurumlarında geniş təmsil olunub. İqtisadi əlaqələrin inkişafı baxımından ölkəmiz bu qurumun Birləşmiş Millətlər Sənaye və İnkişaf Təşkilatı (UNİDO), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və digər strukturlarında fəal rol oynayıb.

50-dən çox proqram və strategiya birgə icra edilib

Ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) qəbul edərək, 50-dən çox dövlət proqramı və strategiyanı DİM-lərə uyğunlaşdırıb, Azərbaycan BMT-nin Yüksək Səviyyəli Forumuna artıq 4-cü Könüllü Milli Hesabatını təqdim edib.

2021-2025-ci illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi tərəflər arasında ən mühüm və genişmiqyaslı saziş hesab edilə bilər. Bu sənəd inklüziv artım, güclü institutlar, ətraf mühitin qorunması və gender bərabərliyi kimi 4 əsas prioriteti əhatə edir. Bu istiqamətlərdə BMT ilə birlikdə çoxsaylı layihələr icra olunub. Yeni Çərçivə Sənədinin COP29 zamanı elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələri, 18-ci DİM-in sənədə daxil edilməsi və mina təhlükəsizliyi, iqtisadi diversifikasiya, ixracın artırılması, innovasiya təşəbbüsləri, dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərini əhatə etməsi təklif olunub.

Şərqlə Qərbin ticarət və nəqliyyat körpüsü

Azərbaycanla BMT arasında əlaqələrə dərin töhfə verən istiqamətlərdən biri Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA) çərçivəsində tərəfdaşlıqdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanistanın birləşdiyi bu təşkilat BMT-nin Avropa üçün İqtisadi Komissiyası, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən koordinasiya edilməklə regionun ticari-iqtisadi, nəqliyyat, tranzit, logistika imkanlarını səfərbər etməkdə ən mühüm və strateji platformaya çevrilməkdədir. Üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, ölkələrin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmalarını təşviq edən SPECA çərçivəsində birgə səylərin artırılması son illərdə enerji və dayanıqlı nəqliyyat, tranzit layihələrini yeni mərhələyə yüksəldib. 2002-ci ildə SPECA-ya qoşulan Azərbaycan 2006-cı ildə qurumun Rəhbər Şurasının 1-ci iclası və İqtisadi Forumunu keçirməklə əməkdaşlığın yeni formatını təsis edib. SPECA ildən-ilə yeni hədəflər istiqamətində bölgələrin geoiqtisadi xəritəsini dəyişib.

2023-cü ilin noyabrında Bakıda SPECA həftəsinin təşkili, İşçi Qruplarının iclaslarının, habelə SPECA 2023 İqtisadi Forumunun və SPECA Rəhbər Şurasının 18-ci iclasının keçirilməsi bu təşkilatın qlobal səviyyədə nüfuzunu daha da möhkəmləndirib. Təşkilatın ötən il keçirilən Zirvə Görüşü Türk və islam dövlətləri arasında dərin siyasi-iqtisadi və tranzit bağlantılarını daha da möhkəmləndirib. 2024-ci ildə SPECA-nın əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsinin dəyəri son 4 ildə 4.4 dəfə artıraraq 1,8 milyard dollara çatdırılıb. Azərbaycan hazırda SPECA ölkələri üçün Şərqlə Qərb arasında ticarət nöqtəsi və nəqliyyat körpüsü rolunu oynamaqla transsərhəd əməkdaşlığını daha da irəli aparır. Bir sözlə, ölkəmizin xüsusi təşəbbüskarlığı ilə SPECA ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənməkdədir.

UNESCAP ticarət və investisiya, kommunikasiya bağlantılarını gücləndirir

Azərbaycan, həmçinin, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) çərçivəsində də öncül təşəbbüslərlə çıxış ölkə kimi tanınır. Makroiqtisadi siyasət və inkişaf, ticarət və investisiya, nəqliyyat, sosial inkişaf, ətraf aləm və davamlı inkişaf, informasiya və kommunikasiya texnologiyaları və fəlakət riskinin azaldılması, statistika, inkişaf naminə subregional fəaliyyət kimi məsələləri bir platformada birləşdirən UNESCAP regionda iqtisadi və sosial inkişafın möhkəmlənməsinə töhfə verməkdədir.  Azərbaycan mütəmadi olaraq UNESCAP-ın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial İcmalını hazırlayaraq təşkilata təqdim edir. İcmalda makroiqtisadi göstəricilər, iqtisadi və sosial siyasət sahələri, həmçinin iqtisadi artım, inflyasiya, ticarət və investisiya, maliyyə bazarları, məşğulluq, miqrasiya və pul köçürmələri, fiskal balans, maliyyə sektorunun inkişafı və tədiyyə balansının mövqeyi və digər məsələlər əks olunur. Bu platforma da Azərbaycan-BMT əlaqələrinin inkişafına təkan verməkdədir.

Yeni Çərçivə Sənədi minaların təmizlənməsinə də töhfə verəcək

2026-2030-cu illərə dair Çərçivə Sənədi Azərbaycan üçün iqtisadi inkişaf quruculuğunda yeni imkanlar yaratmaqla yanaşı, azad ərazilərin bərpası prosesinə də mühüm töhfə verə bilər. Belə ki, ölkəmiz dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdən biri kimi BMT-nin dəstəyindən yararlana bilər. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz həyat üçün 18-ci Dayanıqlı İnkişaf Məqsədinin təşəbbüs kimi irəli sürülməsi də bu sahədə əməkdaşlıq üçün dərin zəmin yaradır. 2024-cü ilin iyun ayında BMT-nin İnkişaf Proqramı ilə ANAMA arasında imzalanmış Niyyət Bəyannaməsi Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin yaradılmasını nəzərdə tutur. Bu sənəd minaların təmizlənməsi sahəsində kollektiv missiyanın qurulmasında dəstəkverici rol oynaya bilər.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri