Icma.az
close
up
RU
Dayanıqlı İnkişaf Məqsədləri və şəhərsalma

Dayanıqlı İnkişaf Məqsədləri və şəhərsalma

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 mart, AZƏRTAC

“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovla “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov “Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, bu tədbirlərin əsas məqsədi tələbələrdə şəhərsalma və memarlıq sahələrinə marağı artırmaq, onların bu istiqamətdə nəzəri biliklərini genişləndirmək və praktik yanaşmalar barədə məlumatlandırmaqdır. Proqram çərçivəsində müxtəlif mövzularda seminarlar, təqdimatlar, mütəxəssislərlə görüşlər və interaktiv müzakirələrin keçirildiyini deyən Qasım Xəlilov tələbələrin şəhər mühitinin planlaşdırılması, müasir memarlıq tendensiyaları, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri haqqında daha geniş məlumat əldə edəcəklərini vurğulayıb.

Daha sonra Asiman İlyasov Dayanıqlı İnkişaf Məqsədləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu məqsədlər yoxsulluğun aradan qaldırılması, keyfiyyətli və inklüziv təhsilin təmin edilməsi, gender bərabərliyinin təşviqi, iqlim dəyişiklikləri ilə mübarizə, təbii resurslardan səmərəli istifadə və dayanıqlı şəhərlərin qurulması kimi əsas istiqamətləri əhatə edir. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi yalnız dövlət qurumlarının deyil, eyni zamanda, ali təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının və gənclərin fəal iştirakı ilə mümkün olur. Universitetlər bu prosesdə maarifləndirici platforma rolunu oynayaraq tələbələrin qlobal problemlər barədə məlumatlılığının artırılmasına, onların dayanıqlı inkişaf prinsiplərinə əsaslanan təşəbbüslərdə iştirakına və yeni ideyaların formalaşmasına töhfə verir.

BDU-nun da bu istiqamətdə həyata keçirilən təşəbbüslərə xüsusi önəm verdiyini diqqətə çatdıran Asiman İlyasov deyib ki, universitetdə dayanıqlı inkişaf prinsiplərinin təbliği, ekoloji və sosial məsuliyyət mövzularında seminar və layihələrin təşkili, tələbələrin bu sahədə müxtəlif təşəbbüslərə cəlb olunması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir.

Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri