Dayanma durma qaydasını pozan sürücülər maşınların dönməsinə maneə yaradır VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda parklanma qaydasını pozan sürücülər yolda hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, bu barədə oxucular redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Onlar bildirir ki, paytaxtın Rixard Zorge küçəsində sürücülər qanunsuz parklanma edərək hərəkəti çətinləşdirirlər. Qeydə alınmış videodan da aydın görünür ki, Azparking ərazisi bitdikdən sonra sürücülər avtomobilləri bucaq altında park edirlər. Bu formada parklanmanın edilməsi sağa — 28 May küçəsinə dönən nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Eyni zamanda onları bütöv xəttin tələbini pozmağa vadar edirlər.
Oxucular həmin əraziyə nəzarətin gücləndirilməsini və qayda pozan sürücülərin məsuliyyətə cəlb edilməsini xahiş edir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 May 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















