Dayanma ilə durma nın fərqi nədir? Mütəxəssisdən İZAH VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov sürücülərin yol hərəkəti qaydalarında ən çox çaşdırdığı məsələlərdən biri olan "dayanma" və "durma" anlayışlarının fərqini izah edib.
Avtosfer.az xəbər verir ki, o, "Avto FM"in efirində bildirib ki, bir çox sürücülər bu anlayışları eyni məna daşıdığını düşündükləri üçün inzibati məsuliyyətlə üzləşirlər.
Aqil Rəhimovun sözlərinə görə, dayanma sərnişinlərin minməsi və düşməsi, eləcə də yükün yüklənməsi və ya boşaldılması məqsədilə nəqliyyat vasitəsinin qısa müddətə saxlanılmasıdır.
"Durma isə nəqliyyat vasitəsinin bu məqsədlərdən kənar səbəblərlə saxlanılmasıdır. Məsələn, kimisə gözləyirsinizsə, bu, artıq durma sayılır. İstər bir dəqiqə, istər yarım saat gözləyin, fərqi yoxdur. Hətta sürücü avtomobili tərk etməsə belə, kimisə gözləmək məqsədilə saxlayıbsa, bu, durmadır", – deyə o bildirib.
Ekspert qeyd edib ki, sürücülər arasında ən çox rast gəlinən yanlış fikirlərdən biri də "mən avtomobilin içində idim, ona görə cərimə yazılmamalı idi" düşüncəsidir.
Sürücünün avtomobildə olub-olmaması hüquqi baxımdan həlledici meyar deyil. Əsas məsələ nəqliyyat vasitəsinin hansı məqsədlə saxlanılmasıdır.
"Dayanma qadağandır" nişanı həm dayanmanı, həm də durmanı qadağan edir. "Durma qadağandır" nişanı isə yalnız durmanı qadağan edir, qısa müddətli dayanmaya isə müəyyən hallarda icazə verir.
Məşqçi sürücülərə yol nişanlarının tələblərinə diqqətlə əməl etməyi və "dayanma" ilə "durma" anlayışlarını düzgün ayırd etməyi tövsiyə edib. Bu, həm cərimələrin qarşısını almaq, həm də yol hərəkətinin təhlükəsizliyini təmin etmək baxımından vacibdir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Avqust 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















