Dayanma durmanı qadağan edən nişan yoxdur, amma sürücülər cərimələnir VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Binəqədi rayonu,7 ci mikrorayon, Süleyman Sani Axundov küçəsində dayanma-durmanı qadağan edən nişan yoxdur, amma sürücülər cərimələnir.
Avtosfer.az xəbər verir ki, doqquzmərtəbəli binanın küçəyə baxan hissəsində, piyadalar üçün nəzərdə tutulmuş səkinin kənarında ərazidə çalışan vətəndaşlardan biri avtomobilini park edib. Ardınca isə ona cərimə gəlib. Paytaxt sakini Rakif İmranzadə ərazidə heç bir yol nişanı olmadığı üçün cəriməni əsassız hesab edir.
Rakif İmranzadə iddia edir ki, tək ona deyil, ərazidə çalışan əksər işçilərə də bu kimi cərimələr gəlir.
Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsindən bildirildi ki, vətəndaşın müraciəti əsasında araşdırma aparılaraq məsələyə hüquqi qiymət veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 11 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















