Dayıoğlu bibioğlundan şikayətçidir: Pul lazım idi, satmışam, yaxşı eləmişəm VİDEO
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az Baku TV-yə istinadən xəbər verir ki, şikayətçinin iddiasına görə, qohumu gəlir əldə etmək məqsədilə ona birgə iş qurmağı təklif edib.
O, iki avtomobil alaraq birlikdə işləməyi və qazancı bölüşməyi vəd edib. Bir müddət işlər qaydasında getsə də, sonradan vəziyyət dəyişib.
Kamran Daşdəmirovun sözlərinə görə, qohumu müəyyən səbəblərdən avtomobili onun öz adına keçirməsini istəyib.
"Dedi ki, sən işləyirsən, səni polisə çağıracaqlar. Gəl, maşını mənim adıma keçir. Mən də bibim oğlu olduğuna, ona etibar etdiyimə və qohumluq əlaqələrimizə görə avtomobili onun adına keçirdim. İki ay sonra, dekabrın 2-də telefonuma bildiriş gəldi ki, avtomobil mənim adımdan çıxarılıb. Onunla əlaqə saxlayıb bunun səbəbini soruşdum. Dedi ki, pula ehtiyacı olub, maşını satıb. Hətta "Yaxşı eləmişəm, get kimə istəyirsən, şikayət et", - cavabını verdi".
Şikayətçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib. Onun iddiasına görə, araşdırma zamanı həmin şəxslərin icra şöbəsində çoxsaylı icra sənədlərinin olduğu məlum olub. Kamran Daşdəmirov onların başqa şəxslərə də zərər vurduğunu iddia edir.
Kamran Daşdəmirovun sözlərinə görə, ona dəymiş ziyanın bir hissəsi ödənilib, lakin 1 900 manat hələ də qaytarılmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 25 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















