Icma.az
close
up
RU
Olmayan xidmətə görə aylıq pul ödəyirik Sakinlər şikayətçidir VİDEO

Olmayan xidmətə görə aylıq pul ödəyirik Sakinlər şikayətçidir VİDEO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, eləcə də Abşeron rayonunun bəzi ərazilərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur, amma sakinlər illərdir ki, ödəniş edirlər.

Avtosfer.az-ın məlumatına görə, Məmmədli kəndi, Bəxtiyar Vahabzadə küçəsi, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kamran Əliyev küçəsi, Xəzər rayonu, Binə qəsəbəsi, "Savxoz yolu" adlanan ərazilərdə yaşayan sakinlər belə deyirlər.

Onların sözlərinə görə, kanalizasiya xətti olmadığı üçün sadəcə işlətdikləri suyun pulunu, yəni hər kubmetr suya görə 70 qəpik ödəməlidirlər, ancaq onlardan 1 manat alınır.

Sakinlər deyirlər ki, onlardan hər kubmetr suya görə alınan əlavə 30 qəpik tullantı sularının axıdılması xidmətinə görə nəzərdə tutulub. Halbuki onların yaşadıqları ünvanda mərkəzləşdirilmiş kanalizasiya sistemi əvvəldən olmayıb.

Sakinlər bildirirlər ki, ödədikləri pul bir yana, kanalizasiya xəttinin olmaması onları əlavə də xərcə salır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, Xəzər rayonu, Binə qəsəbəsi, Savxoz yolu, Abşeron rayonu, Məmmədi kəndi, Bəxtiyar Vahabzadə küçəsi ünvalarında xidmətin şəbəkəsi yoxdur, oradakı vətəndaşlar isə kanalizasiya xəttinə görə pul ödəmirlər. Ancaq kimdəsə bununla bağlı konkret problem varsa, o zaman məsələ ilə bağlı müvafiq sukanal idarələrinə müraciət etsinlər, orada araşdırma aparılsın ki, nəyə görə məhz həmin abonent 1 manat ödəyir.

O ki qaldı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi və Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kamran Əliyev küçələrinə, burada tullantı su xətləri vətəndaşlar tərəfindən pərakəndə üsulla çəkilsə də, həmin xətlər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş kanalizasiya şəbəkəsinə qoşulub. Bu səbəbdən abonentlərin aylıq ödənişinə tullantı sularının axıdılması üçün nəzərdə tutulan xidmət haqqı da daxil edilir. "Bundan əlavə, abonentlərin pərakəndə üsulla çəkdikləri kanalizasiya xətlərində tutulmalar baş verdiyi hallarda da, rayon sukanal idarələrinin qəza briqadası tərəfindən xəttin fəaliyyətinin bərpası ilə bağlı işlər görülür",-deyə Xidmətdən bildirildi.

Ətraflı videomaterialda.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri