Dayısının arvadını nişan məclisinə çağırıb evini qarət etdi Ağcabədidəki cinayətin təfərrüatı
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Ağcabədi rayonunda 18 yaşlı oğlan rəhmətə getmiş dayısının arvadının pulunu oğurlayıb.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Ağcabədi şəhəri, N.Abdullayev küçəsindəki fərdi yaşayış evində baş verib. Şəhər sakini, 2007-ci il təvəllüdlü Nahid Hümbətov (ad və soyad şərtidir) orta məktəbi bitirsə də heç yerdə işləməyib.
Nahidin dünyasının dəyişmiş dayısının həyat yoldaşı onlara gələndə, söhbət zamanı pul yığdığını bildirib. Bundan sonra Nahid onun evini qarət etməyi planlaşdırıb.
Bir müddət sonra Nahidin bacısının nişan mərasimi olub. Mərhum dayısının həyat yoldaşı da övladları ilə birlikdə məclisdə iştirak edib. Qadın Nahidgilə gələndə deyib ki, evindən çıxanda qapı bağlaya bilməyib, çünki açar yeri xarab olub.
Bunu eşidən Nahid yaranmış fürsətdən istifadə edərək, əvvəlcədən planlaşdırıdığı qarət planını həyata keçirməyə qərar verib. Nişan mərasimi başlanandan az sonra o, məclisdən çıxaraq mərhum dayısının evinə yollanıb. N.Hümbətov açıq qapıdan evə daxil olaraq, mənzildəki sandığın içərisindəki pulla dolu şüşə balonu götürüb və hadisə yerindən qaçıb. Gənc oğlan kənar ərazidə şüşə balonun içərisindəki 4500 manatı götürərək, qabı zibilliyə atıb.
Məclisdən evə qayıdan qadın mənzilin qarət olunduğunu bilib və polisə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən N.Abdullayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə N.Abdullayevə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Baxış sayı:44
Bu xəbər 26 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















