Əxlaqsız təklifi rədd edilən yeniyetmə dayısının arvadını öldürdü
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla adam öldürmə maddəsi üzrə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Abbasın ailəsi uzun illərdir Rusiyanın Yekaterinburq şəhərində yaşayır. Yeniyetmə bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabad rayonuna gətirilib və dayısıgildə yaşamağa başlayıb.
Bu müddətdə yeniyetmədə dayısının arvadı Həmidəyə qarşı istək yaranıb. A.Mahmudov təklif etdiyi əxlaqsız təklifin rədd edilməsindən sonra qadını öldürmək qərarına gəlib. O, dayısının olmadığı vaxt evdə H.Məmmədovaya hücum edərək onu 11 bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra meyiti gizlətməyə çalışıb, lakin gücü çatmadığından həyətə ataraq bibisigilə qaçıb.
Məhkəmənin hökmü ilə yeniyetmə 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, ümumi rejimli tərbiyə müəssisəsinə göndərilib.
Qeyd edək ki, qanunvericiliyə görə, cinayət törətmiş yeniyetmə 10 ildən artıq cəzaya məhkum edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 Oktyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















