Icma.az
close
up
RU
DÇ 2026 da bəzi komandalar azarkeşsiz qalacaq Trampın qərarına görə

DÇ 2026 da bəzi komandalar azarkeşsiz qalacaq Trampın qərarına görə

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trampın qərarı nəticəsində, ABŞ, Kanada və Meksikada keçiriləcək bu ilki dünya futbol çempionatında azarkeşlərin dəstəyi olmadan futbol komandaları meydana çıxmaq məcburiyyətində qalacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Qeyd olunur ki, viza verilməsinin dayandırılması oyunçular, rəsmi şəxslər və komanda üzvlərinin yaxın qohumlarına aid deyil. Lakin azarkeşlər üçün heç bir istisna nəzərdə tutulmayıb.

ABŞ prezidentinin bu qərarı, iki aparıcı Afrika futbol ölkəsinin - Seneqal və Kot-d’İvuar - azarkeşlərinin komandalarını stadionda dəstəkləmək ümidlərini pozub. Çünki dekabr ayında bu ölkələr ABŞ-a girişdə məhdudiyyət tətbiq olunan ölkələr siyahısına əlavə olunub. ABŞ və Kanada ilə birlikdə Meksika dünya çempionatına ev sahibliyi edəcək və turnir 11 iyun – 19 iyul 2026-cı il tarixlərində keçiriləcək.

Viza məhdudiyyətləri azarkeşlərdə böyük narahatlıq yaradıb. Hazırda bu ölkələrin azarkeşləri komandalarını Afrika Millətlər Kubokunda (Mərakeşdə) izləyirlər. ABŞ vizası ala bilməyənlər üçün yeni qaydalar faktiki olaraq ABŞ-a səyahəti mümkünsüz edir.

Bundan əlavə, dünya çempionatına vəsiqə qazanan İran və Haiti azarkeşlərinə də ABŞ-a giriş qadağan olunacaq; bu ölkələr viza məhdudiyyəti tətbiq olunan ilk siyahıya daxil edilib.

"Biz iştirak etmək istəyirik, amma necə edəcəyimizi bilmirik. İndi sadəcə gözləyirik, çempionat hələ başlamayıb, bəlkə fikir dəyişərlər. Bilmirik. Gözləyəcəyik", deyə senqallı azarkeşlər qrupu prezidentinin sözçüsü Fatu Diyedxiu bildirib. 

Məqalədə qeyd olunur ki, Afrika Kubokunun yarımfinalına çıxmış Seneqal dünya çempionatında ilk oyununu 16 iyun tarixində Nyu-Cersi ştatındakı MetLife stadionunda Fransa ilə keçirəcək, dörd gün sonra isə eyni stadionda Norveçlə qarşılaşacaq.

Kot-d’İvuar da ABŞ-da iki oyuna çıxacaq: Ekvador və Kuraso.

Beləliklə, Senegal və Kot-d’İvuar yalnız ABŞ-da qanuni rezident olan, vizası olan və ya viza qadağasına daxil olmayan ölkələrin vətəndaşları olan azarkeşlərin məhdud dəstəyi ilə oynamaq perspektivi ilə üzləşir.

ABŞ 75 ölkənin, o cümlədən Rusiya vətəndaşlarının miqrasiya vizalarının verilməsini dayandırır. ABŞ Dövlət Departamentinin açıqlamasına görə, bu, miqrantların sui-istifadəsinin və qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi daşıyır. 75 ölkədən gələn immiqrasiya müvəqqəti dayandırılacaq, Dövlət Departamenti isə sosial yardım və dövlət ödənişlərindən istifadə edən xarici vətəndaşların ABŞ-a girişinin qarşısını almaq üçün miqrasiya sənədlərinin işlənməsi prosedurlarını nəzərdən keçirəcək.

2025-ci ilin noyabrında Dövlət Departamenti konsulluqlara vizaya müraciət edənlərin yoxlanılması üzrə yeni qaydaları tətbiq etmələri barədə göstəriş göndərmişdi. Xüsusilə, maliyyə vəziyyəti və ya sağlamlıq vəziyyətinə görə ABŞ-a daxil olduqdan sonra sosial yardıma ehtiyac göstərə biləcək müraciətçilərə viza verilməməsi tapşırılmışdı.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri