Icma.az
close
up
RU
DÇ 2026 nın açılış günündə Meksikada kütləvi etiraz aksiyaları keçiriləcək

DÇ 2026 nın açılış günündə Meksikada kütləvi etiraz aksiyaları keçiriləcək

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə dünya çempionatının (DÇ-2026) rəsmi açılış günündə - iyunun 11-də Meksikanın paytaxtında yeddi irimiqyaslı etiraz aksiyasının keçirilməsi planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu barədə "El Universal" nəşri məlumat yayıb.

Qəzetin məlumatına əsasən, gözlənilən yürüşlərə səhiyyə və təhsil sahəsinin işçiləri, nəqliyyat sektorunun əməkdaşları, fermer birlikləri, dövlət enerji müəssisələrinin təqaüdçüləri, eləcə də itkin düşmüş uşaqlarını axtaran analar cəmiyyətlərinin nümayəndələri qatılacaqlar.

Nümayişçilərin Mexikonun cənubundakı müxtəlif məkanlardan, o cümlədən yerli universitetlərdən birinin ərazisindən və mərkəzi yollardan hərəkətə başlayaraq, turnirin ilk oyununun keçiriləcəyi stadiona doğru irəliləməsi ehtimal olunur.

Şəhər rəhbərliyi yolların kütləvi şəkildə bağlanacağı ilə bağlı xəbərdarlıq edib və tamaşaçıların arenaya girişinə nəzarət etmək məqsədilə idman qurğusu ətrafında xüsusi təhlükəsizlik kordonları qurmağı planlaşdırır.

Bir müddət əvvəl Meksika Prezidenti Klaudiya Şeynbaum DÇ-2026-nın keçiriləcəyi müddətdə dövlət qurumlarının asayişi və təhlükəsizliyi tam təmin edəcəyini bildirib və hökumətin etirazçılara qarşı güc tətbiq etməyəcəyini xüsusi vurğulayıb. Öz növbəsində, Mexiko şəhərinin meri Klara Bruqada paytaxt sakinləri və qonaqlarının təhlükəsizliyinə və söz azadlığı hüququna zəmanət verdiyini açıqlayıb. Onun sözlərinə görə, şəhər meriyası təxribatlara yol verməyəcək, polis qüvvələri yalnız qalxanlar, qoruyucu vasitələr və yanğınsöndürənlərlə təchiz ediləcək.

Mer qeyd edib ki, hökumət insanların öz fikrini ifadə etmə azadlığı ilə milyonlarla azarkeşin ictimai və idman obyektlərinə sərbəst daxil olmaq hüququ arasında tələb olunan tarazlığı qoruyacaq. /oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 İyun 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri