Icma.az
close
up
RU
DÇ 2026: “sambaçılar”ın çempionluq həsrəti C qrupuna baxış

DÇ 2026: “sambaçılar”ın çempionluq həsrəti C qrupuna baxış

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazılarımızda A və B qrupunu dəyərləndirdik. İndi isə C qrupuna nəzər salaq:

Qrup C: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

Braziliya

Qrupun favoriti “sambaçılar”dır. Beş dəfə mundiallarda qızıl medal qazanan Braziliya bu göstəricidə rekordçdur. İlk çempionluğu 1958-ci ilə təsadüf edən “sarı-yaşıllar” bundan sonra 1962, 1970, 1994 və 2002-ci illərdə qızıl medalın sahibi olub.

Mundiallar tarixinin ən çox qələbə qazanan (76) komandası olan amerikalılar bu dəfə də favoritlərdəndir. Karlo Ançelottinin rəhbərliyi altında iddiasını artıq bildirən Braziliya son çempionatda 1/4 finalda dayanmaqla fanatlarını məyus etmişdi. Görək, bu dəfə rekordlarını təzələyə biləcəklərmi?

Tarixdən söz açmışkən, maraqlı bir faktı qeyd etmək yerinə düşər. Braziliya indiki sarı-yaşıl formaya 1050-ci ildən keçib. Buna qədər ağ dəstlərdə çıxış edən “sambaçılar” həmin ilin finalında Uruqvaya məğlub olmuşdu və bu, həmin dövr üçün komanda adına faciə hesab edilmişdi. Məşhur “Marakana”da 200 min tamaşaçının önündə uduzan Braziliya həmin ildən sonra formalarını dəyişmək qərarına gəlib.

Komandanın heyətində Neymar, Vinisius Junior, Rafinya, Kunya kimi ulduz adlar var. Heyətin dəyəri 912.20 milyon avrodur. Futbol tarixinin ən güclüləri arasında adı çəkilən Neymarın son mundialıdır və komanda bir tərəfdən də onun üçün döyüşəcək.

Braziliya millisi mundiallarda:
114 oyun, 76 qələbə 19 heç-heçə, 19 məğlubiyyət.

Mərakeş

Qrupun Afrikadan olan təmsilçisi Mərakeş də iddialılar arasındadır. 2022-ci ildəki mundialda dördüncü yeri tutan və tarixinin ən yaxşı göstəricisinə imza atan “Atlas Şirləri” bu dəfə də sürpriz arzusundadır.

Komandanın mundiallardakı ilk uğuru isə 1986-cı ilə təsadüf edir. Mərakeş həmin dünya çempionatında 1/8 finala yüksəlmiş və bunu bacaran ilk Afrika təmsilçisi olmuşdu. Portuqaliyaya 3:1 hesablı qalibiyyət isə sensasiya kimi tarixə düşmüşdü.

Yeddinci dəfə dünya çempionatının əsas mərhələsində iştirak edəcək Mərakeşin heyətində Brahim Dias, Əşrəf Hakimi, Bilal Əl Xannus, Abde Ezzalzuli kimi tanınmış adlar var.

“Atlas şirləri” qrupda Braziliyaya müqavimət göstərmək potensialında olan yeganə kollektivdir.

Mərakeş millisi mundiallarda:
25 oyun, 7 qələbə, 8 heç-heçə, 10 məğlubiyyət.

Şotlandiya

Qrupun Avropadan olan yeganə təmsilçisi Şotlandiya yığmasıdır. Mundiala pley-off mərhələsi keçməklə gələn şotlandlar üçüncü yerə namizədlərdəndir. Lakin komanda sürpriz etmək potensialında olanlar arasında yer alır.

İlk dəfə 1954-cü ildə dünya çempionatında yer alan komanda ötən əsrdə yaxşı nəticələrlə diqqət çəksə də, son dönəmlərdə enişdə olub. Şotlandiya bu mundialdan əvvəl sonuncu dəfə 1998-ci ildə dünya çempionatında mübarizə aparmışdı. Avropalılar hələlik qrupdan çıxmağı bacarmayıb. Bu dəfəki niyyət ilki bacarmaq olacaq.

“Tartan Army” ləqəbli komandanın əsas ulduzu Skott Maktomineydir. Ondan başqa heyətdə Aaron Hiki, Con Makqin, Endryu Robertson, Lyuis Ferqyuson kimi tanınmış adlar var. Heyətin dəyəri 176.23 milyon avrodur.

Şotlandiya millisi mundiallarda:
23 oyun, 4 qələbə, 7 heç-heçə, 12 məğlubiyyət.

Haiti

Karib hövzəsinin təmsilçisi tarixində ikinci dəfə dünya çempionatında iştirak edəcək. İlki 1974-cü ildə yaşayan “Qrenadirlər” ləqəbli komanda həmin vaxt İtaliyaya qol vurmaqla özləri üçün böyük uğur əldə etmişdi. Komanda həmin mundialı qələbəsiz başa vurmuşdu.

KONKAKAF zonası üzrə seçmə mərhələdən mundiala vəsiqə qazanan Haiti 52 il sonra dünya çempionatında mübarizə aparacaq. “Qrenadirlər” üçün də bura gəlmək böyük nailiyyət hesab edilir.

Heyətin dəyəri 55 milyon avrodur. Qrupun zəif bəndi sayılan kariblilərdə ən tanınmış oyunçu Vilson İzidordur. İngiltərənin “Sanderlend” klubunda çıxış edən hücumçu komandasının ən dəyərlisidir – 18 milyon avro.

Haiti mundiallar tarixində qələbə qazana bilməyən komandalar sırasındadır.

“Qrenadirlər” dünya çempionatlarında:
3 oyun, 3 məğlubiyyət.

C qrupunun afişası:
13 iyun Braziliya – Mərakeş
14 iyun Haiti – Şotlandiya
19 iyun Şotlandiya – Mərakeş
20 iyun Braziliya – Haiti
24 iyun Mərakeş – Haiti
24 iyun Şotlandiya – Braziliya

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 İyun 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri