Icma.az
close
up
RU
DÇ 2026: hər qitədən bir komanda A qrupuna baxış

DÇ 2026: hər qitədən bir komanda A qrupuna baxış

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Qrup A: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya.

Meksika

Meksika turnirə ev sahibi kimi birbaşa vəsiqə əldə edib. Seçmə mərhələ keçməyən amerikalılar qrupunun favoritidir. Ümumiyyətlə, Meksika Cənubi Amerika zonasından dünya çempionatlarında ən çox iştirak edən kollektivlərdəndir. Komandanın ləqəbi “El Tri”dir. Bu, ispan dilində “üç rəng” deməkdir. Ləqəb Meksika bayrağının üç rəngi (yaşıl, ağ və qırmızı) ilə bağlıdır. Meksikalılara eyni zamanda “El Tricolor” (Üç rəngli) və “La Verde” (Yaşıllar) də deyilir.

Komanda 18 dəfə mundiallarda iştirak edib. “El Tri”nin ən yaxşı nəticəsi isə iki dəfə 1//4 finala yüksəlməkdir. Maraqlıdır ki, komanda ev sahibi olduğu 1970 və 1986-cı illərdə bu göstəriciyə nail olub. Görək, bu dəfə hara qədər gedəcəklər?

Meksika millisinin dəyəri 194.6 milyon avrodur. Komandanın bu mundial üçün açıqlanan heyətində ən tanınmış ad qapıçı Oçoadır. 40 yaşlı qolkiper karyerası ərzində beşinci dəfə dünya çempionatında iştirak edəcək. O, bu göstəricidə rekordçular arasındadır.

Meksika millisi dünya çempionatlarında:
60 oyun, 17 qələbə, 15 heç-heçə, 28 məğlubiyyət

Cənubi Afrika

Afrika qitəsinin güclü kollektivləri arasında olan CAR yığması tarixində dördüncü dəfə mundialda iştirak edəcək. Komanda buna qədər iki dəfə seçmə mərhələ keçib, bir dəfə isə ev sahibi kimi (2010) dünya çempionatına qatılıb. Cənubi Afrika seçməsinin ləqəbləri “Bafana Bafana”, “The Boys”dur. “Bafana Bafana” tərcümədə “İrəli, oğlanlar” deməkdir.

Onlar bu qrupun ən zəif bəndlərindən hesab edilir. Komandanın mundial təcrübəsi azdır və heç vaxt qrup mərhələsini keçə bilməyiblər. “Bafana Bafana”nın dəyəri 45.8 milyon avrodur. Komandanın ən bahalı oyunçusu İngiltərə təmsilçisi “Bernli”də çıxış edən Layl Fosterdir – 9 milyon avro.

Cənubi Afrika yığması mundiallarda:
9 oyun, 2 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət.

Cənubi Koreya

Qrupun favoritlərindən biri də Cənubi Koreya yığmasıdır. Asiyadan ən çox mundiallarda iştirak edən komandanın ləqəbləri “Taegeuk Warriors” və “Tigers of Asia”dır – “Təgük Döyüşçüləri”, “Asiya Pələngləri”. Yığma seçmə mərhələ yolu keçərək dünya çempionatına vəsiqə qazanıb.

Cənubi Koreya yığması 1986-cı ildən bütün mundiallarda çıxış edib. Komandanın ən böyük uğuru 2002-ci ildəki dünya çempionatına təsadüf edir. Türkiyənin üçüncü olduğu mundialda “Asiya Pələngləri” dördüncü yeri tutub. Cənubi Koreya seçməsi Amerika və Avropa qitələrindən kənarda yarımfinal görən yeganə kollektivdir.

“Təgük Döyüşçüləri”nin heyətinin dəyəri 142.30 milyon avrodur. Komandada Kim Min Cey (“Bavariya”), Son Hın Min (“Los Anceles”), Li Kanq-in (PSJ) kimi ulduz oyunçular var.

“Asiya Pələngləri” mundiallarda:
38 oyun, 7 qələbə, 10 heç-heçə, 21 məğlubiyyət.

Çexiya

Qrupun Avropadan olan yeganə təmsilçisi çexlərdir. “Narodak” (Xalqın komandası) ləqəbli milli 10-cu dəfə mundialda iştirak edəcək. Çexiya yığması iki dəfə dünya çempionatlarında final oynayıb. “Narodak” 1934 və 1962-ci illərdə dünya kubokunu qazanmağa yaxın olub. XX əsr nə qədər uğurlu olsa da, XXI əsrdən dünya çempionatlarında uğursuzluq yaşayıb. Komanda sonuncu dəfə 2006-cı ildə mundialda iştirak etmişdi. Çexlər həmin vaxt qrup mərhələsində mübarizəni dayandırıb.

Çexiya yığmasının heyətinin dəyəri 190.80 milyon avrodur. Komanda qrupunun ən bahalı kollektividir. Heyətdə Tomas Souçek (“Vest Hem”), Patrik Şik (“Bayer”), Adam Hlojek (“Hoffenhaym”) Kimi tanınmış adlar yer alır.

“Narodak” mundiallarda:
33 oyun, 12 qələbə, 5 heç-heçə, 16 məğlubiyyət.

A qrupunun oyun afişası:

11 iyun: Meksika – Cənubi Afrika
12 iyun: Cənubi Koreya – Çexiya
18 iyun: Çexiya – Cənubi Afrika
19 iyun: Meksika – Cənubi Koreya
25 iyun: Çexiya – Meksika
25 iyun: Cənubi Afrika – Cənubi Koreya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 İyun 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri