Icma.az
close
up
RU
DÇ 2030 da 64 komandanın iştirakı nə dərəcədə mümkündü?

DÇ 2030 da 64 komandanın iştirakı nə dərəcədə mümkündü?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

FİFA 2030-cu ilə təyin olunan dünya çempionatında iştirakçı komandaların sayını 64-ə qədər artırmaq imkanını nəzərdən keçirəcək.

“The New York Times” nəşrinin vəziyyətlə tanış olan üç mənbəyə istinadən verdiyi məlumata görə, bu təklif FİFA rəhbərliyi və milli federasiyalar arasında martın 5-də keçirilən videokonfrans zamanı səsləndirilib.
64 komandalı mundial bir dəfə keçirilə bilər
Təklifi Uruqvay Futbol Federasiyasının (UFF) nümayəndəsi irəli sürüb və izah edib ki, FİFA bu addımla 1930-cu ildə keçirilən ilk dünya çempionatının 100 illiyini daha geniş iştirakçı ilə və təmtəraqla qeyd edə bilər. Xatırladaq ki, ilk dünya çempionatı məhz Uruqvayda təşkil edilib.
“The New York Times”ın xəbərində FİFA-nın prezidenti Canni İnfantinonun məlum ideyanı maraqla qarşıladığı bildirilib. Bununla belə, müşavirənin digər iştirakçılarının bu məsələyə susqunluqla yanaşdığı da iddia olunur. ABŞ-nin populyar nəşri 64 komandalı mundialın yalnız bir dəfə keçirilə biləcəyini də yazıb. Ali futbol qurumunun direktorlar şurasının iclasında belə böyük formatın yalnız turnirin yubileyi naminə reallaşa biləcəyi fikri də səslənib.
Qeyd edək ki, DÇ-2030 istənilən halda mundiaların tarixinə ən nəhəng turnirlərdən biri kimi düşəcək. ABŞ, Kanada və Meksikanın şərikli evsahibliyi edəcəyi DÇ-2026-da 48 yığma iştirak edəcək. FİFA bununla bağlı qərarı 2018-ci ildə qəbul edib. 5 ildən sonrakı turnir isə tarixdə ilk dəfə üç qitədə - Cənubi Amerika, Avropa və Afrikada keçiriləcək. Təşkilatçı ölkələrin sayı isə 6-ya bərabər olacaq: 2030-cu ildə oyunların böyük hissəsinə İspaniya, Portuqaliya və Mərakeş evsahibliyi edəcək, Uruqvay, Argentina və Paraqvay isə qrup mərhələsinin ilk turundakı bir oyunu keçirmək hüququna malik olacaq.
Görünür, UFF mundialın 100 illiyində yalnız bir oyunun təşkili ilə kifayətlənmək istəmir və buna görə məlum təklifi irəli sürüb.
DÇ-2026-da vəziyyət necə olacaq?
Amma vurğulanası bir ciddi məsələ var: uruqvaylıların ideyası futbol dünyasında növbəti tənqidlərə yol açıb.
Bilindiyi kimi, FİFA-nın mundial iştirakçılarının sayını 32-dən 48-ə qaldırması böyük tənqidlərlə müşayiət olunmuşdu. İndi də 64 komandanı bir araya gətirmək istəyirlər. 2011-ci ildə “Simurq”u çalışdırmış rusiyalı məşqçi Sergey Yuran yeni ideyanı qətiyyətlə pisləyib:

“Məncə, bu say həddən artıq olacaq. Birincisi, layihə reallaşacağı halda futbolçulara və milli çempionatlara necə təsir edəcək? Bu qədər çox komanda iştirak edəcəksə, turnirin keçirilmə müddəti də artacaq. Belə olan halda idmançılar dünya çempionatından sonra yeni mövsüm ərəfəsində necə bərpa olunacaqlar? İkincisi, belə nəhəng turnirdə həmişə ən güclü komandalar iştirak ediblər, indi isə daha çox komanda cəlb etmək istəyirlər. Bəs bunda məntiq nədi? Məsələ yubileylə bağlıdısa, onda qoy, bütün ölkələr iştirak etsin. Mən dünya çempionatında iştirakçıların sayının daha da artırılmasının əleyhinəyəm”.


Say artımına qarşı kəskin münasibət heç də əsassız deyil. ABŞ, Kanada və Meksikada təşkil ediləcək DÇ-2026 futbol tarixinə 48 yığmanın iştirak edəcəyi ilk mundial kimi düşəcək. 1998-ci ildən 2022-ci ildəki turnirə qədərki iştirakçı sayı 32-yə bərabər olub. 1982-94-cü illərdə 24 komanda iştirak edib. Daha əvvəlki mundiallarda 16 yığma çıxış edib. Yalnız 1930-cu ildə baş tutan ilk yarış 13 komandanın mübarizəsi ilə reallaşıb.
İştirakçıların sayının artması formatın dəyişməsinə səbəb olub. DÇ-2026-da hər birində 4 komanda olacaq 12 qrup təşkil ediləcək: qruplarda ilk iki yeri tutacaq komandalar, həmçinin qrup üçüncüləri arasında ən yaxşı göstəricələrə malik olacaq 8 yığma 1/16 finala vəsiqə qazanacaq. Qeyd edək ki, ilkin varianta əsasən, hər birində 3 komanda olan 16 qrupun təşkili nəzərdə tutulmuşdu. Lakin sonradan bu variant ləğv edildi. Buna qrup mərhələsinin finişinin daha gərgin və maraqlı olması əsas gətirildi. Ən bariz nümunə kimi isə DÇ-2022-nin pley-off mərhələsinin əksər iştirakçılarının məhz sonuncu turda müəyyənləşməsi göstərildi.
3 komandalı qruplarda isə belə ssenarilər praktiki cəhətdən qeyri-mümkün hal kimi dəyərləndirilir.
Yeri gəlmişkən, FİFA-nın DÇ-2026-da iştirakçıların sayının artırılması ilə bağlı məlumatında bu qərarın turnirin xeyrinə olacağı qeyd edilir:

“FİFA Şurası idman ardıcıllığı, oyunçuların rifahı, komandaların yerdəyişməsi, kommersiya və idman cəlbediciliyinin, həmçinin yığmaların və azarkeşlərin təcrübəsinin nəzərə alındığı dəqiq təhlilə əsaslanaraq yekdilliklə dünya çempionatının formatının dəyişdirilməsinə qərar verib. Yeni formatda yenidən baxılan variant komandalar arasında əvvəlcədən sövdələşmə riskini azaldır, bütün komandalara turnirdə minimum üç matç keçirmək təminatı verir, həmçinin oyunlar arasında balanslaşdırılmış istirahət müddətini təmin edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Mart 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri