Icma.az
close
up
RU
İnfantino DÇ 2030 da 64 komandanın iştirakını istəyir

İnfantino DÇ 2030 da 64 komandanın iştirakını istəyir

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FIFA prezidenti Canni İnfantino futbol aləmində səs-küy yaradacaq yeni təşəbbüsə yaşıl işıq yandırıb. Belə ki, o, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) 2030-cu il dünya çempionatında iştirakçı komandaların sayının 64-ə çatdırılması ideyasını tam dəstəkləyir.

Moderator.az "The Times" nəşrinə istinadən xəbər verir ki, turnirin irimiqyaslı genişləndirilməsinin tərəfdarı kimi çıxış edən İnfantino daha çox ölkəyə dünya birinciliyinə vəsiqə təklif etmək niyyətindədir. Bununla o, 2027-ci ilin martında keçiriləcək seçkilərdə prezident postunu qorumaq üçün lazımi səsləri toplamaq məqsədilə strateji olaraq daha geniş koalisiyanın dəstəyini qazanmağa ümid edir.

Genişləndirilmə təklifini CONMEBOL-un rəhbəri Alexandro Dominges irəli sürərək, bunu turnirin 100 illiyini qeyd etmək üçün "mükəmməl fürsət" adlandırıb. Təşəbbüs təsdiqlənərsə, mundial hərəsində dörd komanda olmaqla 12 deyil, tam 16 qrup formatında keçiriləcək. Hər kvartetdən ən yaxşı iki komanda isə pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, DÇ-2030 turnirin 100 illik yubileyi ərəfəsində - 8 iyun - 21 iyul tarixlərində baş tutacaq. Tarixdə ilk dəfə olaraq mundiala üç qitədə yerləşən altı ölkə eyni vaxtda ev sahibliyi edəcək. Qrup mərhələsinin əsas oyunları və pley-off da daxil olmaqla, görüşlərin böyük hissəsinin keçiriləcəyi İspaniya, Portuqaliya və Mərakeş əsas ev sahibləri olacaqlar. Uruqvay, Argentina və Paraqvay isə hərəyə bir oyunu qəbul edəcəklər.

"New York Times" hələ 2025-ci ilin martında Uruqvayın F:FA-ya DÇ-2030-a 48 əvəzinə 64 komandanın buraxılmasını təklif etdiyini yazmışdı. Həmin vaxt qeyd olunurdu ki, turnirin genişləndirilməsi yayımçıların marağını azalda və daha çox logistik problemlər yarada bilər. 2026-cı ilin iyulunda isə İnfantino özü də dünya çempionatı iştirakçılarının sayının artırılması ehtimalını istisna etməmişdi.

Xatırladaq ki, bundan əvvəl İnfantino FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini satmaq planlarına görə ciddi tənqidlərə məruz qalmışdı. Təşkilat dəyəri 20 milyard dollar olan "FIFA Forward Enterprise" (FFE) adlı törəmə şirkət yaratmaq və onun dörddəbirini 4.2 milyard dollara kənar investorlara satmaq niyyətində idi. Bundan sonra UEFA və ona daxil olan 55 milli federasiyanın hamısı FIFA-nın bayrağı altında keçirilən yarışları boykot edəcəklərini bəyan etdilər. "The Telegraph" nəşri də UEFA-nın İnfantinoya ultimatum irəli sürdüyünü yazmışdı - ya istefa vermək, ya da etimadsızlıq səsverməsi ilə üzləşmək.

Avqustun 1-də FIFA öz planlarından geri çəkildi. Buna baxmayaraq, Uels, İsveç və Serbiya federasiyaları İnfantinonun təşkilatın prezidenti postuna yenidən seçilməsini dəstəkləməkdən imtina etdiklərini açıq şəkildə bildirdilər. Həmçinin avqustun 6-da UEFA dünya çempionatının boykotunun davam etdiyini açıqladı.

"The Times" eyni zamanda İnfantinonun FİFA-nın kommersiya layihəsindən əldə edə biləcəyi şəxsi mənfəət barədə də məlumat yaymışdı. Nəşr bildirirdi ki, dünya çempionatı hüquqlarının satışı planı reallaşacağı təqdirdə, İnfantino ildə 30 milyon avrodan çox məvacib ala bilərdi - bu isə onun indiki gəlirindən düz on dəfə çoxdur.

FFE layihəsi ilə bağlı yaranan qalmaqala baxmayaraq, Afrika Futbol Konfederasiyası (CAF), Argentina Futbol Assosiasiyası (AFA) və Meksika Futbol Federasiyası (FMF) artıq İnfantinoya dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. Daha əvvəl o, gələn ilin martında bu posta yenidən seçilmək arzusunda olduğunu bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Avqust 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri