DDLA ilə “Libero Hellenic Register” təsnifat cəmiyyəti arasında saziş imzalanıb
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Dövlət Dəniz və Liman Agentliyi yeni təsnifat cəmiyyətinə səlahiyyət verib.
"Unikal" xəbər verir ki, Agentliklə Yunanıstanın “Libero Hellenic Register” təsnifat cəmiyyəti arasında “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər üçün qanunla müəyyən edilən sertifikatlaşdırılma və təsnifat xidmətlərinin həyata keçirilməsinin tənzimlənməsi haqqında” saziş imzalanıb.
Sənədə əsasən, “Libero Hellenic Register” Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə beynəlxalq standartlara uyğunluğun təmin edilməsi və keyfiyyətli sertifikatlaşdırma sisteminin tətbiqi ilə bağlı müvafiq xidmətlər həyata keçirəcək.
İmzalanan saziş ölkəmizin təsnifat cəmiyyətləri ilə strateji əməkdaşlığını genişləndirəcək. Bununla yanaşı, dəniz nəqliyyatının inkişafı təhlükəsizlik standartlarının yüksəldilməsi və Azərbaycan bayrağı altında üzən gəmilərin istər yerli, istərsə də dünya bazarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyi ümumilikdə 12 təsnifat cəmiyyətinin fəaliyyət göstərməsinə dair razılıq verib.
Gəmi sahibləri sözügedən təsnifat cəmiyyətlərinin müvafiq siyahısı ilə linkə https://ddla.gov.az/tesnifat keçid edərək tanış ola bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 20 Fevral 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















