De Blekere səhvi etiraf etdi: Belə hörmətsiz davranışı qəbul edə bilmərik
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XIX turunun “Neftçi” – “Sabah” (1:1) oyununda yaşanan mübahisəli məqamlara aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qarşılaşmadakı epizodları şərh edib.
O, 65-ci dəqiqədəki mümkün penalti vəziyyətindən danışıb: “Sabah” ın 88 nömrəli hücumçusu (Xəyal Əliyev) cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin 44 nömrəli müdafiəçisi (Yuri Matias) top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və hücumçu yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdır və belə hallarda müdaxilə xətti yüksəkdir. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdır. Amma həmin epizodda çiyinə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik”.
De Bleker baş hakim Kamal Umudlunun Yuri Matiasa ikinci sarı vərəqə ilə qırmızı göstərməli olduğu qənaətindədir: “Lakin “Neftçi”nin 44 nömrəli oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz “istehzalı alqış”ı qəbuledilməzdir. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdır və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdır. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdır”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Yanvar 2025 01:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















