Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

De Blekere də dilə gələndə...

De Blekere də dilə gələndə...

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Hakimlik mövzusuna tez-tez toxunmağım səbəbsiz deyil. Çünki bizim ölkə çempionatının ədalətli keçirilməsi mənim üçün həmişə əsas prinsiplərdən biri olub. Təkcə bizdə deyil, dünya təcrübəsi də bunu sübut edir. Yarış şərtləri hamı üçün eyni olmalı, mübarizə ədalətli aparılmalıdı ki, o yarışda iştirak edənlər də, ona tamaşa edib, iştirakçılara ürək verənlər də bundan zövq alsınlar.

Diqqət yetirirsizsə, FİFA və UEFA daim oyun qaydalarının üzərində işləyir, yeniliklər gətirir. Eyni zamanda da hakimlik məsələsinə diqqət yetirirlər. Başa düşürlər ki, bütün bunlar zamanın tələbidi. Futbol inkişaf edirsə, hakimlik də yerində dayana bilməz. Bir vaxtlar qapı arxasına iki hakim qoymuşdular ki, baş hakimə kömək göstərsinlər. Sonra gördülər ki, bu üsul effekt vermir və zamanın çağrışına səs verib VAR sisteminin tətbiqinə keçdilər.
Hamımızın yadındadı ki, ali futbol qurumları texnologiyanın futbola gəlişinə elə də “isti” yanaşmırdılar. Digər idman növlərində videotəkrara baxılması daha əvvəl tətbiq olunmağa başlamışdı. FİFA ilə UEFA isə bu üsulu futbolda tətbiq etməyə tələsmirdilər. İddia edirdilər ki, hakim hər dəfə oyunu saxlayıb, monitora baxmağa getsə, onda futbolun sürəti azalacaq, oyunun dinamikası aşağı düşəcək. Həm də futbol elə hakimlərin səhvləri ilə də sevilib, özünə milyonlarla azarkeş qazanıb. Bəzən 90 dəqiqə bitir, amma hakimlərin qərarları günlərlə müzakirə olunur. Bunun özü də hansısa mərkəzi oyunun günlərlə gündəmdə qalmasına yardım edir, müxtəlif futbol proqramlarına mövzu verir.
Hər halda, ali futbol qurumları daşı ətəyindən tökdü və VAR sistemi futbola ayaq açdı. Müəyyən şərtlər daxilində hakimlər qərar verərkən texnologiyanın köməyinə bel bağlamağa başladılar. Biz də müasir dünyanın bir parçasıyıq axı. AFFA da səxavətlə öz pul kisəsinin ağzını açdı. Dünyanın bir çox aparıcı futbol ölkələri VAR-a keçid etməmiş Azərbaycanda artıq VAR texnologiyası tətbiq olunmağa başladı.
Bax, az əvvəl qeyd etdiyim o bel bağlamaq məsələsi insan psixologiyasına öz təsirini göstərir. Bu yaxınlarda bir sürücü dostum deyir ki, müxtəlif naviqator proqramları işə düşəndən sonra sükan arxasında olanlar tənbəlləşməyə başlayıb. Heç kim getdiyi yolu yadında saxlaya bilmir. Gözləyirlər ki, naviqatorun “daxilindəki” o qətiyyətli səs sürücüyə “200 metrə sonra solu dönün”, “qarşıda radar var” kimi hökmləri versin. Sonra da sürücülər robot kimi həmin hökmləri təkrarlasınlar. Elə VAR-ın gəlişindən sonra hakimlər də sürücülərin gününə düşüb.
Həlledici məqamlarda sanki heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir, meydandakı hakimlər VAR-ın müdaxiləsini gözləyir. Düşünürlər ki, hər necə olsa, VAR-dakı hakimlər də bu oyunun idarəçiləridi, biz meydanda ora-bura qaçıb tər tökürük, onlar rahat kresloda oturub qonorar alırlar. Qoy məsuliyyət də onların üzərində qalsın.
Zarafat bir yana, bəzən həqiqətən də mən hakimlərin davranışına izah verməyə çətinlik çəkirəm. O cümlədən də “Neftçi” – “Sabah” qarşılaşmasının sonlarında yaşananlara. Əliyar Ağayev Yuri Matiasın Coy-Lens Mikelsə qarşı kobudluğunu görmədi, yaxud da onu kobud oyun kimi qiymətləndirmədi. VAR-da oturan Rauf Allahverdiyevlə Kamran Bayramova nə olmuşdu? Onlar niyə Ağayevə kömək etmədilər? Olmaya hakimlərimiz “Neftçi”nin baş məşqçisi Samir Abasovun bir müddət əvvəl dediyi “VAR-ı rədd eləmək lazımdı” sözlərinin təsirindən çıxa bilməyiblər?! Qorxublar ki, Abasov  bu dəfə onları rədd edəcək?! İş o yerə gəlib çatıb ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere də açıqlama verib, VAR-ın penalti qərarı üçün müdaxilə etməli olduğunu etiraf edib.
İş-işdən keçib, cənab sədr. Hakimlər səhvləri sıralayır, sonra da belçikalı sədrin dilindən bir “malalama” açıqlaması yayılır. Vəssalam. Bununla da hər kəs işini bitmiş sayır. Bu yerdə mən bir müddət əvvəl oxucularımıza təqdim etdiyim “Bahalı izahverən” yazısını xatırlayıram. Hər şey elə o yazıda olduğu kimidi. Belçikadan bir ətək avro töküb gətirdiyimiz Frank De Blekere bizə ancaq səhvlərdən sonra izah vermək üçün yarayır.
Ümid edirəm ki, bu acı həqiqəti AFFA-da oturanlar da qəbul edəcək, bu yay fəxri qonaq yola salınacaq. Artıq xərcə düşməyin, onsuz da səhvlər bitib-tükənməyəcək.
AMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri